Azərbaycanda inflyasiya açıqlandı
Azərbaycanda illik inflyasiya 2,3%-dən 2,6%ə yüksəlib. Ötən il ərzaq məhsulları 4%-ə yaxın bahalaşıb
2019-cu ildə istehlak qiymətləri indeksi 2018-ci ilə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8 faiz, qeyri-ərzaq malları üzrə 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2 faiz artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə istehlak qiymətləri indeksi 2017-ci illə müqayisədə 2.3% artmışdı (2017-ci ildə 12.9% artmışdı). İnflyasiya səviyyəsinin aşağı düşməsinin əsas səbəbi milli valyutanın məzənnəsinin sabitliyi olub.
Qeyd edilib ki, 2019-cu ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 0,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,1 faiz, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 0,1 faiz artıb.
Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə düyünün, manna və qarabaşaq yarmasının, vermişelin, spagettinin, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, kolbasa məmulatlarının, pasterizə olunmamış üzlü südün, pendirin, yumurtanın, kəsmiyin, günəbaxan yağının, bananın, almanın, armudun, narın, xurmanın, üzümün, fındığın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, limonadın qiymətlərində bahalaşma, unun, toyuq ətinin, yoqurtun, xamanın, kərə, zeytun və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, heyvanın, kivinin, qozun, şabalıdın, çuğundurun, yerkökünün, şəkər tozunun, çayın, energetik içkilərin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2019-cu ilin dekabr ayında noyabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, divar kağızlarının, yağlı və sulu boyaların, soyuducuların, velosipedlərin, tozsoranların qiymətlərində bahalaşma, kondisionerlərin, mobil telefonların, televizorların, kəsilmiş taxtanın, toz şəklində sintetik yuyucu vasitələrin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, məişət cihazlarının təmiri, bərbərxana, kosmetoloji və tibbi xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin icarə haqqının qiymətləri bahalaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
7 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
7 saat əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Ən çox oxunanlar
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb






















