Bolkartlılar alış-veriş etdi, Bank of Baku uşaqları sevindirdi! - VİDEO
(®) Keçirdiyi sosial yönümlü layihələrlə hər zaman seçilən Bank of Baku, Yeni il ərəfəsində Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daha bir uğurlu işə imza atıb.
Kimsəsiz uşaqlara yeni ilin möcüzəsini və sevincini bəxş etmək istəyən bank, bu dəfə bu şərəfli vəzifəni Bolkart müştəriləri ilə bölüşüb.
Belə ki, Bank of Baku 05 – 25 dekabr 2019-cu il tarixləri arasında Bolkart taksit və ya debet kartı ilə edilən alış-verişlər zamanı müştərilərin qazandığı BAL-ların (cashback) həcmi qədər vəsait ayıraraq sosial layihənin icrasına yönəldib.
Qeyd edək ki, kampaniya müddətində müştərilər də öz razılıqları ilə etdikləri alış-verişlərdən qazandıqları BAL-ları uşaqlara hədiyyə edə bilərdilər. Bunun üçün müştərilərin onlara kampaniya haqqında Bank tərəfindən göndərilmiş SMS-lərə “OK” cavabını yazmaları kifayət etdi.
Beləliklə, Bank of Baku minlərlə Bolkart müştərisi ilə əl-ələ verərək uşaqlara yeni il sevinci, yeni il həyəcanı və ən əsası yeni il ümidi bəxş etdi. Bankın əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun nəznində fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Mərkəzinə” və “Ümid yeri” uşaq sığınacağına gedərək, 100 nəfərə yaxın xüsusi diqqət və qayğıya ehtiyacı olan uşağı Yeni il sovqatı ilə sevindirdi. Uşaqlara Yeni il şənliyi təşkil edərək onların kiçik ürəklərinə gözəl həyəcanlar bəxş edən Bank, eyni zamanda onlar üçün aldığı gündəlik tələbat məhsulları və yeni il hədiyyələrini təqdim edib.
Daima uşaqlara özəl sosial layihələr həyata keçirən Bank of Baku-nun bu dəfə Bolkart müştəriləri ilə birgə keçirdiyi layihənin gedişatını əks etdirən video çarxla aşağıdan tanış bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
33 d. əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 35 d. əvvəl
-
51 d. əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
1 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
1 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
2 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
2 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
























