“Qala Həyat” ötən ilki fəaliyyətini – UĞURLA BAŞA VURUB
(®) Azərbaycanın həyat sığortası bazarının aparıcı şirkətlərindən olan “Qala Həyat” sığorta 2019-cu ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən “Marja”ya verilən məlumata görə, duzgün hədəflənmiş strategiya “Qala Həyat”ın 2019-cu ildə də öz mövqeyini daha da gücləndirmiş və ili uğurla başa vurmasını bir daha təsdiq etmişdir.
Ötən il ərzində şirkət maliyyə sahəsindəki irəliləyişləri ilə yanaşı digər sahələrdə də əldə etdiyi yenilikləri və uğurları ilə yadda qalıb. Belə ki, şirkət işçilərinin iş və ofis şəraitinin daha da yaxşılaşdırılması üçün ötən ilin may ayından etibarən yeni dizynda tərtib eilmiş, müasir tələblərə cavab verən yeni ofisini istifadəyə verib. Bu addımın əsas məqsədi işçilərin ofis şəraitinin yaxşılaşdırılması ilə yanaşı, şirkətin əməkdaşları tərəfindən vətəndaşlara göstərilən sığorta xidmətlərinin keyfiyyətinin daha da artırılmasından ibarət olub. Bu isə nəticə etibarə ilə müştəri məmnuniyyəti səviyyəsinin artmasına gətirib çıxarıb.
Bundan başqa, şirkət ötən il ərzində sosial layihələri də diqqətindən qaçırmayıb. Sosial layihələrə daha məsuliyyətlə yanaşan “Qala Həyat” 2019-cu il ərzində bir neçə layihədə yaxından iştirak edərək onların həyata keçirilməsinə dəstək olub. ADA Universitenin tələbələrinin sosial layihəsinə dəstək, Bakının A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyinin şagirdləri üçün maarifləndirici təlimlər, UAFA təşkilatının xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstədiyi sosial xidmətlərə dəstək və bu kimi digər layihələri misal gətirmək olar. Bundan başqa, ötən il ərzində sinerji proqramı çəçivəsində bir sıra tədbirlər də həyata keçirilib.
Ötən il ərzində “Qala Həyat” KİV-lə münasibətlərin daha da dərinləşməsi istiqamətində işlərini uğurla davam etdirib. Belə ki, media monitorinq şirkətinin 2019-cu ilin sentyabr ayı üzrə açıqladığı hesabtında “Qala Həyat” ölkənin ən populyar sığorta şirkəti olub.
Qeyd edək ki, peşəkar komandanın uğurlu fəaliyyəti bununla bitməyib. İstər beynəlxalq, istərsə də daxili bazarda “Qala Həyat”a olan inam və etibarın daha da artırılması üçün şirkətin nizamnamə fondu daha da gücləndirilmişdir.
Hesabat dövrü ərzində “Qala Həyat” tərəfindən ümumilikdə fərdi və korporativ müştərilər üzrə 14,861 mln. manatadək sığorta haqqı yığılmış, 6,2 mln. manatdan çox sığorta ödənişi verilmişdir. Bu müddət ərzində portfelin sağlamlaşdırılması prosesi də uğurla davam etdirilib.
Bununla da, 2019-ci ili hədəflərə uğurla çatmaq kimi qeyd etmək olar.
Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
-
18 d. əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 21 d. əvvəl
- 26 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Ən çox oxunanlar
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi


















