“İri sığorta şitkətilərinə görə müştərilərimizi itiririk”
“Qanunsuz sığorta endirimləri işimizə mənfi təsir göstərir”. Bunu açıqlamasında “AzSığorta” şirkətinin Müşahidə Şurasının sədri Viladi Maniyev deyib.
Söhbət avtomobillərin icbari sığortası ilə bağlı sığorta agentlərinə verilən komisyon haqqlardan müştərilərə endirim edilməsindən gedir. V. Maniyevin sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə ciddi addımlar atsa da, bəzi iri sığorta şirkətləri böyük həcmdə endirimləri davam etdirirlər:
“Biz tapşırmışıq ki, sığorta agentləri Palatanın müəyyən etdiyi çərçivədə satışları davam etdirsinlər. Amma sığorta agentləri bildirirlər ki, hazırda qoyulan qaydalarla avtomobillərin icbari sığortasını satmaq olmur. Çünki bəzi sığorta şirkətləri müştərilərə 30% endirim təklif edirlər. Nəticədə müştərilərimizi itiririk”.
V.Maniyev hesab edir ki, bu problemin aradan qaldırılması üçün Palata ciddi sanksiyalara başlayacaq. Bununla belə, icbari sığorta bazarı iştirakçılarının bir araya gəlib, bu məsələni müzakirə etmələrinə ehtiyac var.
Qeyd edək ki, «İcbari sığortalar haqqında» Qanunun 12.4-cü maddəsinə əsasən, sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə, verilən komisyon muzdlara sərf edə bilər.
Xatırladaq ki, martın 14-də Maliyyə Bazarlarına Nəzarət Palatasında keçirilən görüşdə sığorta şirkətləri ilə bu məsələ müzakirə edilmişdi və bildirilmişdi ki, sığorta bazarında endirimlərlə bağlı qadağalara riayət etməyən sığorta şirkətlərinə və onların rəhbərlərinə qarşı ciddi sanksiyaların tətbiq ediləcəyi gözlənilir.
© fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım




























