Seçicilərin təxminən 33 faizi səsvermədə iştirak edib
Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatıb və bütün məntəqələr bağlanıb. Seçkilər 1606 bələdiyyə üzrə 15 min 156 bələdiyyə üzvü yerinə 42 minə yaxın iddiaçının iştirakı ilə keçirilib. Ölkə üzrə bütün məntəqələr - 118 dairənin 5049 məntəqəsi vaxtında, səhər saat 8-də açılıb. Gün ərzində səsvermənin gedişi ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) 5 dəfə ictimaiyyəti məlumatlandırıb. Günün sonunda ölkə üzrə seçicilərin 32,72 faizinin səsvermədə iştirak etdiyi məlum olub.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Bildirilib ki, gün ərzində səsvermə prosesini kütləvi informasiya vasitələri ictimaiyyətə çatdırıb. Ümumilikdə bütün məntəqələrdə səsvermə normal keçib, bu və ya digər xoşagəlməz hadisələrlə bağlı əsasən, sosial şəbəkələrdə müəyyən məlumatlar yayılıb. Amma MSK-ya bir müraciət daxil olub. O müraciət aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilib. Çünki məntəqədə baş verən hadisələrlə bağlı müraciət Seçki Məcəlləsinin tələbinə görə, ilkin olaraq müvafiq dairə seçki komissiyasına göndərilməlidir. Əgər iddiaçı dairə seçki komissiyasının qərarından narazı qalarsa, onda MSK-ya müraciət edə bilər. Ona görə biz Seçki Məcəlləsinin tələbinə uyğun olaraq qərarımızı verdik. Onu da qeyd edim ki, gün ərzində MSK-ya rəsmi müraciət daxil olmayıb. Amma sosial şəbəkələrdə yayılan görüntüləri MSK üzvləri artıq ciddi şəkildə araşdırmağa başlayıblar.
MSK sədri qeyd edib ki, ümumilikdə seçkilər sakit şəraitdə keçib, seçicilərin öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb, onlar da bundan lazımi qaydada istifadə ediblər. Yekunda 1606 bələdiyyə üzrə səsvermə baş tutub. Hazırda 4556 məntəqədən məlumatlar MSK-nın bazasına daxil olub. Bu da ölkə üzrə ümumi məntəqələrin 90,24 faizi deməkdir. Beləliklə, 1475 bələdiyyə üzrə məlumatlar hazırda MSK-nın bazasındadır. Bu, ölkə üzrə mövcud bələdiyyələrin 91,84 faizidir. Yəni, deyə bilərik ki, 1375 bələdiyyə üzrə ilkin nəticələrə görə üzvlərin hamısı artıq məlumdur. Bu, ölkə üzrə mövcud olan bələdiyyələrin 85,62 faizidir. İlkin nəticələrə görə, tam formalaşmış bələdiyyələrdə liderlik edən namizədlərin sayı 12 min 930 nəfərdir. Yəni, bu, ümumilikdə seçiləcək 15 min 156 bələdiyyə üzvünün 85,31 faizini təşkil edir.
© "Azərtac"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 39 d. əvvəl
-
-
42 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















