Qlobal neft istehsalı artıb
Qlobal neft istehsalı noyabrda bir əvvəlki ay ilə müqayisədə 20 min barel artaraq gündəlik 101 milyon 360 min barelə yüksəlib.
"Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq neft bazarı hesabatına görə, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı noyabrda oktybar ayı ilə müqayisədə gündəlik 300 min barel azalaraq 29 milyon 660 min barel olub.
Xam neft xaricindəki digər OPEC istehsalı isə dəyişməyərək gündəlik 5 milyon 550 min barel təşkil edib. Beləcə, OPEC-in cəmi neft istehsalı noyabrda gündəlik 35 milyon 210 min barel olaraq reallaşdı.
OPEC-ə üzv olmayan ölkələrin neft istehsalı isə noyabrda oktyabr ayı ilə müqayisədə gündəlik 320 min barel artaraq 66 milyon 150 min barelə yüksəlib.
Beləliklə, qlobal neft təklifi noyabrda bir əvvəlki ay ilə müqayisədə gündəlik 20 min barel artaraq 101 milyon 360 min barelə yüksəlmiş olub.
QLOBAL NEFT TƏLƏBİ ARTACAQ
Hesabata görə, qlobal neft tələbinin 2020-ci ildə 2019-cu il ilə müqayisədə gündəlik ortalama 1 milyon 300 min barel artımla 101 milyon 500 min barel olacağı nəzərdə tutulur. Bir əvvəlki hesabatda gələn il neft tələbinin 1 milyon 200 min barel artacağı təxmin edilmişdi.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 10 d. əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
5 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
Ən çox oxunanlar
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"

















