"Daşınmaz əmlakın sığortasının icbari olması düzgün deyil"
"Son günlər əhali arasında söz gəzir ki, növbəti ildən daşınmaz əmlakın (yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin) icbari sığortası qüvvəyə minir, buna görə də bu ilin sonunadək kim sığorta müqaviləsi bağlamasa, cərimələnəcək".
Bunu iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib.
"Əslində, sözügedən icbari sığorta növü “İcbari sığortalar haqqında” Qanunun 2-ci fəslinə əsasən 2011-ci ildən mövcuddur və məcburidir (sığorta haqqı Bakıda 50, Gəncə, Sumqayıt və Naxçıvanda 40, digər yerlərdə isə 30 manatdır). Sadəcə əhalinin mütləq əksəriyyəti əmlakını sığorta etdirmir. İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə görə yerli icra hakimiyyəti orqanları buna görə vətəndaşları 30 manat məbləğində cərimə edə bilər. Özü də hər 20 gündən bir (əgər vətəndaş sonuncu cərimədən sonra 20 gün ərzində sığorta müqaviləsi bağlamasa). Amma etmirlər.
Məndə olan məlumata görə son günlər vətəndaşların aldığı bildirişləri yerli icra hakimiyyəti orqanları göndərməyib. Bəs onda kim göndərib? Böyük ehtimalla sığorta şirkətləri. Yəqin ilin sonunda ajiotaj yaradaraq xeyli gəlir əldə etmək istəyirlər.
İnandırıcı deyil ki, yerli icra hakimiyyəti orqanları seçkiqabağı insanları kütləvi cərimələməyə başlasın. 8 il ərzində heç nə etməyiblər. İndi birdən birə niyə etsinlər ki? Özü də heç bir maarifləndirmə işi aparmadan.
Bütövlükdə, sözügedən sığorta növünün icbari olmasının özü düzgün deyil. Hər kəs öz əmlakını sığortalamaqda sərbəst olmalıdır (axı söhbət üçüncü şəxslərə deyil, mülkiyyətçinin özünə dəyə biləcək zərərdən gedir). Yəni bu, könüllü sığorta növü olmalıdır. Buna görə də narahat olmuş vətəndaşlarımıza tövsiyəm budur ki, deputatlığa namizədlərdən xahiş etsinlər ki, bu sığorta növünü gələcəkdə könüllü etsinlər. Yəni qanuna dəyişiklik etsinlər", - deyə o, qeyd edib.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
33 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
16 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"





















