Azərbaycanda yeni dərman zavodu işə düşdü
Bu gün Pirallahı Sənaye Parkında, Rusiyanın “R-Pharm” şirkətlər qrupunun "AzPharm" şirkəti ilə ortaq dərman istehsalı kompleksi istifadəyə verilib.
İstehsal sahəsinin açılışı Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının işçi qrupunun iştirakı ilə baş tutub.
Açılışda Rusiya İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov və “R-Farm” Direktorlar Şurasının sədri Alexey Repik, habelə hökumət nümayəndələrinin üzvləri iştirak etdilər.
Bakıda fəaliyyət göstərən "R-Farm" sənaye kompleksində onkoloji, göbələk əleyhinə, virusəleyhinə dərmanların, o cümlədən HİV infeksiyasının, hepatitin, sinir, əsəb, ürək-damar, sümük-əzələ, tənəffüs sistemi xəstəliklərinin müalicəsi üçün dərmanların və antibiotiklərin istehsalı planlaşdırılır. Sənaye kompleksində həmçinin şəkərli diabet, rentgenkontrast və maqnit rezonans müayinələri üçün vasitələrin və maddələrin buraxılması da planlaşdırılır. Zavod laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla ölkədə ilk əczaçılıq kompleksidir.
Mərasimdən sonra nümayəndə heyəti və jurnalistlər yeni zavodla tanış olublar.
Qeyd edək ki, 2001-ci ildə A.E. Repnik tərəfindən yaradılan "R-Farm" Şirkətlər Qrupu – innovativ Sağlamlıq texnologiyalarının lideridir. Özündə 3000-dən çox yüksək ixtisaslı mütəxəssisləri birləşdirən Şirkətlər Qrupu Rusiya Federasiyasının bütün ərazilərində, MDB ölkələrində, ABŞ-da, Almaniyada, Yaponiyada və digər ölkələrdə fəaliyyət göstərir. "R-Farm" yüksək texnologiyalı dərman vasitələrinin, laboratoriya avadanlıqlarının habelə tibbi texnikanın tədqiqi, və işlənib hazırlanması, istehsalı və kommersiyalaşdırılması üzrə ixtisaslaşır.
"AzPharm" xarici sərmayə cəlb etməklə yanaşı, ixracı genişləndirmək və Azərbaycanda istehsal olunan məhsul və markaları tanıtmaqla məşğuldur. Fəaliyyətin əsas sahələrindən biri Azərbaycanda və qonşu ölkələrin ərazisində olan əczaçılıq bazarının iştirakçılarına biznes həllərinin və məsləhətlərin verilməsidir. Tədqiqat və innovativ layihələrin həyata keçirilməsinə sərmayə qoyan “AzPharm” eyni zamanda istehsal proseslərini və yerli müəssisələrin məhsullarının da modernləşdirilməsi işini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















