Şamaxı şəhəri tamamilə yenilənəcək
"Şamaxı rayonunun kompleks inkişaf planı artıq təsdiqlənib. Mənim bir neçə sərəncamım olmuşdur, həm yolların tikintisi, həm də kommunal texnikanın alınması ilə bağlı. Burada qar yağanda bəzi yollar keçilməz olur. Ona görə kommunal texnika, müasir sərnişin avtobusları, müasir təcili tibbi yardım maşınları alınacaq. Ondan sonra dayanacaqlar, şəhər təsərrüfatı tamamilə yenilənəcək. İstəyirəm biləsiniz ki, təxminən 4-5 aydan sonra şəhərin su problemi də tamamilə öz həllini tapacaq. Şamaxıda su problemi artıq həll olunur".
"Marja" xəbər verir ki, bunu Dekabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olan zaman bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdikdən sonra kompleksin əməkdaşları ilə görüşündə çıxışı zamanı da bildirib ki, Şamaxının tarixi siması qorumaqla müasirləşdirilir:
"Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk. Bu yaxınlarda rayon icra hakimiyyətinə kifayət qədər böyük vəsait ayrıldı ki, infrastrukturla bağlı layihələr icra edilsin. Müasir sərnişin avtobusları, müasir təcili tibb yardımı maşınları, kommunal texnika gətiriləcək. Tapşırıq verilmişdir ki, Şamaxı şəhərinin bütün daxili yolları, kənd yolları əsaslı şəkildə təmir edilsin.
Şəhərin içməli su problemi təxminən gələn ilin aprel-may aylarında həllini tapacaq və şamaxılılar təmiz, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin ediləcəklər. Şamaxı rayonunda qazlaşdırma 95 faizdir. Baxmayaraq ki, bir çox kəndlər bir-birindən aralıdır və dağ kəndləridir, amma biz qazlaşdırmanı 95 faizə çatdırmışıq. Elektrik enerjisi ilə heç bir problem yoxdur. Bakı-Şamaxı avtomobil yolunu mənim göstərişimlə dörd zolağa genişləndirdik və çox rahat yoldur. O yolun axırıncı hissəsi bu gün rəsmən açıldı. Həmçinin kənd yollarının tikintisi aparılır. Vaxtilə burada Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya Kompleksi inşa olunmuşdur. Şamaxı Rəsədxanası əsaslı təmir edilmişdir. Əlbəttə ki, həm respublika sakinləri, həm də qonaqlar üçün Şamaxı-Lahıc yolu nəinki əsaslı şəkildə təmir olundu, Şamaxı-Dəmirçi, Dəmirçi-Lahıc yolu yenidən çəkildi. Yəni indi Lahıca ən təhlükəsiz yol Şamaxıdan keçir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 13 d. əvvəl
-
- 40 d. əvvəl
-
1 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
18 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
Ən çox oxunanlar
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb



















