Sabah TANAP-ın ikinci hissəsi istismara veriləcək
Noyabrın 30-da Azərbaycan qazının Avropa bazarına nəql edəcək Cənubi Qaz Dəhlizinin (CQD) yaradılması çərçivəsində CQD-nin mərkəzi elementi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) ikinci hissəsi (Faza-1) istismara veriləcək.
Təntənəli mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Gürcüstanın Baş Naziri Giorgi Qaxaria, Bolqarıstanın Baş Naziri Boyko Borisov, Serbiyanın Milli Assambleyasının (parlament) sədri Maya Qoykoviç, Şimali Makedoniyanın Baş Nazirinin müavini Koço Anquşev və Yunanıstanın Ətraf Mühit və Enerji naziri Kostis Hadzidakis iştirak edəcəklər.
Bundan başqa tədbirə Azərbaycan Prezidenti İlham Əliyevin də qatılacağı gözlənilir.
Qeyd edək ki, "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək CQD ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Hazırda TANAP Avropaya qazın nəqli üçün tam hazırlıq vəziyyətinə gətirilib.
Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək Yunanıstan, Albaniya və İtaliyanı əhatə edən Trans-Adriatik boru kəmərində (TAP) aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.
Xatırladaq ki, uzunluğu 1 850 km olan TANAP-ın ildə 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan "Cənub Qaz Dəhlizi" QSC (51%), BOTAŞ (30%), BP (12%) və "SOCAR Türkiye Enerji A.Ş" (7%) şirkətləridir.
Qeyd etmək lazımdır ki, Cənubi Qaz Dəhlizinin yaradılması çox mühüm beynəlxalq iqtisadi əhəmiyyət kəsb edir. CQD çərçivəsində Azərbaycan qazının nəqlinə başlanması Avropaya mavi yanacağın tədarükünün şaxələndirilməsinə imkan yaradacaq, Azərbaycanın enerji təhlükəsizliyini daha da gücləndirəcək, eyni zamanda bölgənin beynəlxalq enerji bazarına daha da inteqrasiyasını təmin edəcək.
Xatırladaq ki, Azərbaycanın zəngin neft və qaz tarixi var. Bu sahədə bir çox ilk addımlar və başlanğıclar məs birim ölkədə edilib. Respublika çoxdandır ki beynəlxalq bazarda özünü etibarlı neft tədarükçüsü kimi özünü göstərib. Avropa bazarına "mavi yanacaq" tədarükünün başlanması ilə isə Azərbaycan qlobal qaz bazarının vacib oyunçularından birinə çevriləcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
7 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
8 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
8 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)
















.jpg)
