"ASAN Assosiasiya" yaradılır
Gələn ayın III ongünlüyündə Azərbaycanda "ASAN Assosiasiya" yaradılacaq.
Bu barədə jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədr müavini Ceyhun Salmanov məlumat verib.
“İyunda BMT-nin təşkilatçılığı ilə dövlət xidmətlərinə dair beynəlxalq forumu keçirilmişdi. O forumda “ASAN Assosiasiya”nın yaradılması ilə bağlı niyyət protokolu imzalandı. Dekabrın 20-30-u arasında isə həmin assosiasiyanın rəsmi təməlqoyma mərasimi olacaq. Assosiasiyaya 8 dövlət qoşulacaq. Həmçinin bir neçə dövlət də qoşulmaq üçün təşəbbüslə çıxış edib. Bu dövlətlər arasında Türkiyə, Əfqanıstan, Mərakeş, İndoneziya, BƏƏ, Mərakeş, Monteneqro var. Növbəti mərhələdə isə “ASAN Xidmət”in digər ölkələrdə tətbiqi ilə bağlı mexanizm yaradılacaq. 10-dan artıq dövlətlə "Asan Xidmət" modelinin tətbiqi ilə bağlı memorandumumuz var. Onlar bu konsepsiyanı həyata keçirmək istəyirlər. Həmin dövlətlərdə texniki-iqtisadi əsaslandırma ilə bağlı səfərlər etmişik və biz istərdik ki, həmin ölkələrdə maliyyə məsələləri də həll olunsun ki, "Asan Xidmət" modeli sürətlə tətbiq olunsun", - deyə o, qeyd edib.
© Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)







.jpg)








