Bakıda daha iki şadlıq sarayının manqalının fəaliyyəti dayandırılıb
Bakıda daha iki şadlıq sarayının manqalının fəaliyyəti dayandırılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri ictimai iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçirib.
Nizami rayonunnda fəaliyyət göstərən "Cənnət" və "Qızıl buta" şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub.
ETSN-in Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, manqalların bağlanması aparılan monitorinqlərin nəticəsi əsasındadır:
"Kimin monitorinqlərin nəticəsi ilə bağlı iradı varsa, məhkəməyə və ya nazirliyə müraciət edə bilər. Bu, onların qanuni haqqıdır və biz də hər kəsə maksimum dərəcədə açığıq, iradları dinləməyə hazırıq. Kim hesab edirsə ki, onların qurğuları iy, tüstü buraxmır, toy zamanı, manqallarda kabab bişirilən vaxt, sadəcə, ətraf ərazidə dayanıb bu mənzərəni seyr etsinlər. Əgər tüstü, çirklənmə yoxdursa, biz bunu niyə etməliyik, kiminsə manqalını niyə bağlamalıyıq? Məqsədimiz havaya atılan tullantıların qarşısını almaqdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
38 d. əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 52 d. əvvəl
-
58 d. əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank 2025-ci ili necə başa vurub? - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
- 2 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Tramp: “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Kömək yoldadır”
Gümüş rekorddan "doymur"























