Avropa fonduna Azərbaycandan 2 milyon dollar
- Azərbaycan Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlığa qoşulur (E5P)
-E5P qrant maliyyəşdirməsi üçün uyğun gələn Azərbaycanda Yaşıl şəhər infrastrukturu investisiyaları
- İnvestisiyaları sürətləndirmək üçün Azərbaycandan 2 milyon ABŞ dolları məbləğində donor vəsaiti
İqtisadiyyat Nazirliyi ekoloji cəhətdən təmiz şəhər infrastrukturu investisiyalarının birgə maliyyələşdirilməsi üçün 2 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını öhdəsinə götürüb.
Bu barədə “Marja”ya Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) bildirilib.
AYİB-in məlumatında qeyd edilib ki, Azərbaycanda yaşıl şəhər infrastrukturu investisiyaları ölkənin Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlıq (E5P) təşəbbüsündə iştirakı sayəsində lazımı irəliləyişə nail olmaq üçün edilir.
Azərbaycanın 2 milyon ABŞ dolları məbləğində ilk E5P töhfəsi onu göstərir ki, indi ölkə E5P-nin fəaliyyət göstərdiyi Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarus kimi ölkələrə qoşularaq, şəhər infrastrukturu sektorunda enerji səmərəliliyi və ətraf mühit üzrə layihələr üçün qrant maliyyələşməsi almağa hüquqlu olacaq.
Bu gün AYİB-in Londonda keçirdiyi Şərq Tərəfdaşlıq İnvestisiya Sammitində Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Hahn qarşısında AYİB-in prezidenti Suma Çakrabarti ilə Azərbaycanın baş naziri Əli Əsədov arasında vəsaitin ayrılması üçün müvafiq saziş imzalanmışdır.
E5P 2009-cu ildə Avropa İttifaqına (Aİ) İsveçin başçılıq etdiyi dövrdə yaradılmış 206 milyon AVRO-luq multidonor fondudur. E5P layihələri təkcə enerjiyə qənaət etmək və ətraf mühiti qorumaq üçün çalışmır, həm də şəhər bələdiyyələri tərəfindən edilən səmərəli enerji təşəbbüsləri üçün effektiv investisiyalara dəstək təmin edən islahatlara kömək etmək məqsədilə siyasətlər barədə dialoqu diqqət mərkəzində saxlayır.
E5P Fondu özündə ən böyük donor olan Aİ, benefisiar ölkələr və digərləri, o cümlədən Ermənistan, Belarus, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Almaniya, İslandiya, İrlandiya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Rumıniya, Slovakiya Respublikası, İsveç, İsveçrə, Tayvan Biznes – AYİB-in Texniki Əməkdaşlıq Fondu, Ukrayna və Amerika Birləşmiş Ştatları tərəfindən ayrılan vəsaitləri cəmləşdirir.
Fond AYİB, AİB, Dünya Bank Qrupu, Şimali Ekoloji Maliyyə Korporasiyası və Şimali İnvestisiya Bankı kimi beynəlxalq maliyyə institutlarının həyata keçirdiyi şəhər infrastrukturu sektorundakı layihələr üçün birgə maliyyələşdirmə qrantlarını təmin edir.
Bu günə qədər E5P beş ölkədə 741 milyon AVRO dəyərə malik 36 layihəyə sərmayə qoymaqla enerji xərclərinə 1,700 GVt/saat qənaət etmiş və ildə 1 milyon ton CO2 emissiyası azalmasına nail olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 21 saat sonra
-
42 d. əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank”dan İlkin Kütləvi Təklif üzrə 18,7 milyon manatlıq səhm buraxılışı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Ən çox oxunanlar
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat
Abu Dabidə hücumdan sonra qaz zavodunun fəaliyyəti dayandırılıb
"Agro Dairy" Azərbaycanda ilk dəfə SAP S/4HANA Private Cloud ERP sistemini uğurla tətbiq etdi
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb


















