Almaniya Azərbaycanla əmakdaşlıq imkanını araşdırır
İqtidsadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Almaniya Federativ Respublikasının Almaniya İqtisadiyyatının Şərq Komitəsinin (German Committee on Eastern European Economic Relations) icraçı direktoru Michael Harms və qurumun nümayəndəsi Felix Zimmermannı qəbul edib.
Mərkəzdən “Marja”ya daxil olmuş məlumata görə, görüşdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann da iştirak edib.
Qeyd edək ki, “Almaniya İqtisadiyyatının Şərq Komitəsi” Şərqi Avropa, həmçinin Qafqaz ölkələrində Almaniya iqtisadiyyatının maraqlarını təmsil edir və ən böyük alman şirkətlərini özündə birləşdirir.
Görüş zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan aparılan iqtisadi islahatlar barədə qonağa ətraflı məlumat verib.
Vüsal Qasımlı Strateji Yol Xəritəsindən danışaraq bildirib ki, bu sənəd Azərbaycanda davamlı iqtisadi islahat prossesinin bir tərkib hissəsi kimi dizayn olunub və bundan sonra Azərbaycanda iqtisadiyyat üzrə qəbul olunacaq bütün dövlət təşəbbüsləri, strategiyalar, proqramlar Strateji Yol Xəritəsinə uyğunlaşdırılacaq.
Müzakirələr zamanı Azexport.az portalı və Azərbaycan Rəqəmsal Ticarət Qovşağının yaradılmasına xüsusi önəm verilib. Vüsal Qasımlı bildirib ki, elektron ticarətin təşkilini tənzimləyən qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması prioritet istiqamətdir. Çünki Avropa İttifaqı ölkələrinin bazarlarına ixracın genişlənməsi Azərbaycanın marağındadır. Bu imkan həm də Azərbayacana əlavə investisiyaların cəlb olunmasına şərait yaradacaq.
“Almaniya İqtisadiyyatının Şərq Komitəsi”nin icraçı direktoru Michael Harms isə əlavə edib ki, onun Azərbaycana səfərinin əsas məqsədi ölkənin iqtisadiyyatı ilə yaxından tanış olmaq və mümkün əməkdaşlıq potensialı haqqında fikir mübadiləsi aparmaqdır.
Qonaq əlavə edib ki, Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin artırılmasında maraqlıdırlar. Bunun üçün Azərbaycanda geniş imkanlar var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























