“İnvest-AZ” tələbələrin biliklərini artırdı
Noyabrın 6-da Sumqayıt Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib.
Seminarı universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq, tədbirin əhəmiyyətindən bəhs etdi, universitetdə iqtisadçı kadrların hazırlanması istiqamətində yerinə yetirilən işlər haqqında məlumat verib. Bildirib ki, İqtisadiyyat və idarəetmə fakültəsi tərəfindən mütəmadi olaraq bu istiqamətdə seminar, görüş və tədbirlər həyata keçirilir. İnanıram ki, bugünkü tədbir də tələbələrin biliklərinin artırılması istiqamətində faydalı olacaq.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris üzrə meneceri Rövşən Məmmədov çıxış edərək tədbirin təşkili ilə bağlı Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə minnətdarlığını ifadə etdi və “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda ətraflı çıxış edib.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin analitik şöbəsinin baş mütəxəssisi Anar Qəhrəmanov çıxışında ölkəmizdə maliyyə bazarlarının inkişafını əks etdirəcək göstəriciləri şərh edib və qarşıda duran əsas inkişaf hədəfləri barədə məlumat verib.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək qeyd edib ki, fakültəmizdə iqtisadyönümlü ixtisaslar üzrə tələbə hazırlığı yüksək səviyyədə aparılır. Xüsusən Maliyyə və Mühasibat uçotu ixtisasları üzrə təhsil alan tələbələrə belə seminarların keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev və kafedranın baş müəllimi Mehman Əhmədzadə mövzu ətrafında çıxış ediblər.
Sonda məruzəçilər Maliyyə bazarlarının fəaliyyəti ilə bağlı seminar iştiraskçılarının suallarını cavablandırdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
15 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 37 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)









.jpg)




