“Unibank” səhmdarlarının payları dəyişdi
Eldar Qəribov Avropa Yenidənqurma və İnkişaf Bankının “Unibank”dakı payının bir hissəsini alaraq Bankdakı payını kəskin artırıb
“Bu günlərdə “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin iri səhmdarları arasında bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında iştirak payı artaraq 41,9091%-dən 77,3839 %-ə qaldırılıb. Cənab Eldar Qəribov Bankın Nizamnamə kapitalındakı iştirak payınının əvvəlki səviyyəsini bərpa etməklə, onu bir az da artırıb. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak payi isə 9% təşkil edib”. Bunlar, “Unibank”dan “Marja”ya bildirilib.
Qeyd edilib ki, həmin əqd Bankın törəməsi olan “Unicapital” İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin vasitəçiliyi ilə bağlanıb və həcmi 16 392 273 ədəd adi adlı sənədsiz səsli səhmdən ibarət olmaqla, Bankın bütün səhmlərinin Nizamnamə kapitalına olan faiz nisbətinin 35,4748 %-ni təşkil edib.
“Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov AYİB-in “Unibank”ın fəaliyyətində xüsusi iştirakı və mühüm rolu olduğunu vurğulayıb. O, AYİB-in uzun illər “Unibank”ın səhmdarı olduğunu və beynəlxalq maliyyə qurumu kimi Banka öz uğurlu korporativ idarəçilik təcrübəsini gətirdiyini xüsusilə qeyd edib. Belə ki, ölkə iqtisadiyyatında dəyişikliklərin olduğu 2015-2017-ci illərdə “Unibank”ın iri səhmdarı olaraq, Bankın kapitalının artırılmasında yaxından iştirak edib və dəstəyini göstərib. AYİB-in də yaxından dəstəyi nəticəsində "Unibank" bu dəyişiklik mərhələsindən uğurla keçərək, yenidən ölkə bank sektorunun aparıcılarından birinə çevrilib. Müşahidə Şurasının sədri buna görə bütün səhmdarlar adından “Unibank”ın inkişafına verdiyi töhfəyə görə, AYİB rəhbərliyinə təşəkkürünü ifadə edib. AYİB-in bundan sonra da Bankın səhmdarları sırasında qamasından məmnun olduğunu bildirib.
AYİB-in Bakı Ofisinin rəhbəri xanım İvana Duartenin fikrincə isə “Unibank”la əməkdaşlıq təmsil etdiyi qurumun Azərbaycan bank sektorunda fəaliyyətinin çox uğurlu nümunəsidir. “Unibank”ın AYİB-in ilk investisya etdiyi, səhmdarı olduğu Azərbaycan banklarından olduğunu xatırladan xanım Duarte vurğulayıb ki, AYİB Azərbaycandakı uzunmüddətli tərəfdaşı olan “Unibank”a onun kapitalının gücləndirilməsində iştirak etməklə dəstək göstərib və birlikdə uzun və səmərəli bir yol keçilib. Xanım İvana Duarte bu müddət ərzində “Unibank”ın digər səhmdarları ilə birgə Azərbaycan iqtisadiyyatına dəstək verməkdən, xüsusən də qeyri-neft sektorunun inkişafında yaxından iştirakdan çox məmnun olduqlarını bildirib, bundan sonra da “Unibank”la birgə bu faydalı əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.
"Unibank" KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
15 d. əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
-
- 23 d. əvvəl
-
23 d. əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 25 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 35 d. əvvəl
- 42 d. əvvəl
-
44 d. əvvəl
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
-
48 d. əvvəl
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
Ən çox oxunanlar
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“SOCAR Polymer” dövlət ixracatçıları arasında lider olub


























