Körpələr 90%-ə yaxın süni süd ilə qidalanır -"CİDDİ TƏDBİRLƏR GÖRÜLMƏLİDİR"
"Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılması 12-14 faiz təşkil edir".
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
H.Harmancı qeyd edib ki, bu, olduqca aşağı rəqəmdir və bununla bağlı ciddi tədbirlər görülməlidir.
Onun sözlərinə görə, körpələrin ana südü ilə qidalandırılması faizinin artmasına yönəlik addımlar atılmalıdır.
Azərbaycanın iqtisadi baxımından orta və yüksək səviyyəli ölkələr sırasında olduğunu diqqətə çatdıran Hande Harmancı bildirib ki, inkişaf edən ölkələrdə körpə ölümləri hər min diri doğulan üçün 9-10 əmsalındadır, amma Azərbaycanda bu göstərici 19-dur: "Ana ölümlərində də rəqəmlər iqtisadi baxımdan eyni səviyyədə olan ölkələrlə müqayisədə yuxarıdır".
ÜST rəsmisi əlavə edib ki, əgər problemlərin səbəbləri bilinsə, onun qarşısı vaxtında alına bilər: "Bir ana doğuş zamanı qarşısı alına bilən qanaxmadan ölürsə, bu, ciddi problemdir. Hər bir ölkədə, o cümlədən Azərbaycanda da ana ölümlərini araşdıran qurumlar var. Lakin vəziyyəti yaxşılaşdırmaq üçün daha çox işlər görülməlidir".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
6 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 8 d. əvvəl
-
-
13 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
18 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
4 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb































