“Ötürmədə təbii inhisarın qalması bizim planın tərkib hissəsidir”
“Biz təbii inhisar deyəndə bütün dünyada praktiki mövcud olan və nəzəri olaraq da ən uyğun model kimi görünən bir sistemi nəzərdə tuturuq. İllər boyunca həm elektrik enerjisi, həm də qaz təchizatında təbii inhisar ən optimal model sayılıb”.
Bunu açıqlamasında Energetika nazirinin müavini Elnur Soltanov deyib.
Bu barədə elektrik və qaz təchizatında təbii inhisarların aradan qaldırılması ilə bağlı təklifləri şərh edərkən danışıb.
“Bu məsələ dəmir yollarına bənzəyir. Əgər dəmir yolunda rəqabət yaratsanız, bu, qarşıqlıq yaradar, maya dəyərini yüksəldər. Eyni şey barədə elektrik enerjisi və qaz sahəsində uzun illərdir düşünülürdü. Amma son illər düşüncə bir az fərqləndi. Gəlinən nəticə budur ki, ötürmə sahəsi təbii inhisar olaraq qalmalıdır. Çünki ən effektiv şəkildə fəaliyyət təbii inhisar hesabına gerçəkləşir. Amma istehsal və təchizatı yeni rəqabətə açmaq mümkündür. Yeni nəzəriyyələr, dünya praktikasında bunu göstərən modellər ortaya çıxdı. Ötürmədə təbii inhisarın qalması bizim planın tərkib hissəsidir. Çünki orda rəqabət əslində qeyri-intuitiv şəkildə daha pis nəticələr verir. Amma niyə istehsalda və təchizatda artıq rəqabətin başlamasına rəvac verməyək?! Bu bütün hallarda həm dövlətin, həm də xalqın xeyrinədir", - E.Soltanov əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















