“Xalq” Bankın xalis mənfəətində böyük artım
“Xalq” Bank 2019-cu ilin 9 ayını 24 milyon 52 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 560 min manat və ya 36.52% çoxdur. Xərclərin gəlirlərdən daha zəif artması xalis mənfəətin artmasına təsir edib.
2019-cu ilin 9 ayı ərzində ASC “Xalq” Bankın cəmi aktivləri 169 milyon 190 min manat (8,43%) artaraq 2 milyard 177 milyon 370 min manata çatıb. Bu barədə Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, Bankın müştərilərə verilən kreditlərinin həcmi 192 milyon 170 min manat (13,9%) artaraq 30 Sentyabr 2019-cu il 1 milyard 547 milyon 770 min manat təşkil etmişdir.
Müştərilərdən cəlb olunan depozitlərin həcmi 160 milyon 390 min manat (12,73%) artaraq 1 milyard 420 milyon manata çatıb.
“Qeyd etmək lazımdır ki, bankın maliyyə-təsərrüfat fəaliyyətində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası, yeni müştərilərin cəlb olunması, əməliyyat gəlirlərinin artırılması və xərclərin optimallaşdırılması nəticəsində yaranıb. 2019-cu ilin yanvar-sentyabr dövrü ərzində Bankın faiz gəlirləri ötən ilin anoloji dövrünə nisbətən 366 min manat (0,45%) artaraq 82 milyon 510 min manat, faiz xərcləri isə 3.3 milyon manat (18,84%) azalaraq 14 milyon 210 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 9 milyon 990 min manat (251,52%) artaraq 13 milyon 960 min manat, qeyri-faiz xərcləri isə 6 milyon 760 min manat (22%) artaraq 37 milyon 260 min manat təşkil edib.
2019-cu ilin doqquz ayı ərzində "Xalq Bank" öz mənfəətliliyini qoruyub saxlamış və ötən ilin anoloji dövrü ilə müqaisədə 6 milyon 560 min manat (36.52%) artım nümayiş etdirərək, ilin üç rübünü 24 milyon 52 min manat xalis mənfəətlə bitirib.
Bankın cəmi kapitalı сari ilin 9 ayı ərzində 125 milyon 910 min manat (44.57%) artaraq 408 milyon 30 min manata çatıb, nizamnamə kapitalı isə 364 milyon 770 min manat təşkil edib", - Bankın məlumatında deyilir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
1 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir























