“Avrora” şirkətindən “Bravo” şəbəkəsində xeyriyyə aksiyası - FOTOLAR
“Avrora” şirkəti “Bravo” supermarketlər şəbəkəsində “Uşaqlara sevinc bəxş et” adlı aksiyasısı başlayıb.
"Çətinlik çəkən körpələrə yardım - Uşaqlara sevinc bəxş et". Məhz bu məqsədi rəhbər tutub “Avrora” şirkəti “Bravo” supermarketlər şəbəkəsində sosial xeyriyyə tədbirinə başlayıb.
"Avrora" şirkəti “Bravo” supermarketlər şəbəkəsində bu gündən etibarən start verilən “Made in Azerbajan” festivalı çərçivəsində yüksək keyfiyyətli buğdadan hazırlanan “Doymak” makaron çeşidlərini təqdim edir, hansı ki, Azərbaycan bazarında 15 il tarixinə malik yeganə makaronlardır.
"Doymak" artıq 15 ildir ki, bazardadır və bu müddət ərzində bu marka öz milli marka şüarını doğruldaraq azərbaycan əhalisinin sevgisini qazanmağa nail olub.
“Bravo” supermarketlər şəbəkəsinin 3 mağazasında - 20 yanvar, Koroğlu metrostansiyaları və "Radiozavod"un yaxınlığında xüsusi "Doymak" stendləri quraşdırılıb. Onlardan məhsul almaqla hər bir alıcı çətin şəraitdə yaşayan körpələrə yardım etmiş olur.
Hər alışdan 0,10 AZN xeyriyyə üçün köçürüləcək. Sosial dəstəyə ehtitacı olan uşaqlara alıcıların yardım simvolu olan “Doymak” jeton-qəpikləri şəxsən özləri tərəfindən atmaq üçün stendlərin üstündə xüsusi şəffaf qutular quraşdırılıb.
Aksiya #1 usaginsevinci adlı hashtag altında keçiriləcəkdir.
“Avrora” şirkəti sosial yönünmlü problemlərin həllində marağı olan təşkilatlar sırasına daxildir. 2004-cü ildən fəalliyətə başlayıblar və qısa zaman ərzində müasir standartlara cavab verən geniş satış şəbəkəsi yaratmışlar.
“Avrora” ölkənin bütün əraziləri üzrə öz məhsullarının istehsalı və çatdırılması ilə məşğuldur.
Bundan əlavə “Avrora” şirkəti alkoqollu və qazlı içkilərin, ət və süd məhsullarının, dünyaca məşhur satış nişanlarının un və qənnadı məmulatlarının geniş istehsalçısı və distrübyütorudur. “Avrora” şirkətinə kolbasa, makaron, qənnadı və energetik içkilər istehsal edən 4 fabrik məxsusdur.
Bu cür aksiya ilk dəfədir ki, təşkil olunur, lakin biz onun hər il keçirilməsini planlaşdırırıq.
Bu dəfə biz himayəmizə Masazır qəsəbəsində tikilmiş 1-ci sosial evdə yaşayan uşaqları götürmüşük.
Orada 365 ailə, internat və uşaq evinin məzunları, məktəbəqədər və məktəb yaşlı 300 uşaq yaşayır.
Şirkətimizin nümayəndələri onlarla görüşdü, uşaqların qış geyimləri, ayaqqabı və sair şeylərə ehtiyacları olduğunu öyrəndilər. Layihə rəhbəri Səadət Əhmədova bildirdi ki, xeyriyyə aksiyası noyabr ayının 10-dək davam edəcək və bütün toplanan vəsaitlər körpələrin ehtiyaclarına xərclənəcək.
Onun sözlərinə görə, daha çox vəsait toplanarsa, bu evin körpələrinə hətta Yeni il hədiyyələri də veriləcək.
Səadət Əhmədova bu aksiyanın bir çox insaların ürəyincə olacağına əmin olduqlarını və aksiyada daha çox insanın iştirak etməsi məqsədi ilə bu məlumatın yayılmasına dəstək üçün Azərbaycan sakinlərinə üz tutub, sosial şəbəkələrdə #1 usaginsevinci adlı hashtag altında paylaşılmasını xahiş etdi.
Bu isti aksiyaya qoşulaq xeyirxah işlər görək!
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
17 d. əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 25 d. əvvəl
- 44 d. əvvəl
-
58 d. əvvəl
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
-
1 saat əvvəl
Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi - 5400 DOLLAR
-
1 saat əvvəl
SOCAR Afrikada neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payı aldı
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
-
2 saat əvvəl
“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Ən çox oxunanlar
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan xaricdən ət alışını azaldıb
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?

























