"Qəbələ Qızıl Balıqartırma Zavodu” özəlləşdi - QALİB ŞİRKƏT ELAN EDİLDİ
Azərbaycanda özəlləşdirmə nəticəsində daha bir balıqartırma müəssisəsi yenidən qurulacaq.
“Azerbaijan Fish Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
Bu barədə “Marja”ya Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.
Müsabiqə qalibi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə 1.2 milyon manat məbləğində vəsaitin köçürülməsini təmin edəcək.
Eyni zamanda ümumi həcmi 1.1 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası, müəssisənin əmək haqqı və DSMF-yə olan borclarının ödənilməsi, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini şirkət öz üzərinə götürüb.
İnvestisiya Proqramına əsasən qalib şirkət səhmdar cəmiyyətində hovuz və nohurların yenidənqurulması, əlavə nohurların inşası, su təchizatı sisteminin bərpası, yeni avadanlıqların alınmasını reallaşdıracaq. O cümlədən, investisiyalar dövriyyə vəsaitlərinin artırılması, bütün tikili və qurğuların, inzibati binanın əsaslı təmiri, abadlıq və digər işlərin görülməsinə cəlb ediləcək.
Səhmdar cəmiyyətinə investisiyaların iki il ərzində yatırılması, görüləcək işlər nəticəsində 36 iş yerinin yaradılması planlaşdırılır.
"Müəssisənin yenidən qurulması və fəaliyyəti müxtəlif növdə balıqların yetişdirilməsinə şərait yaratmaqla yanaşı, yeyinti sənayesinin inkişafına və əhalinin bu məhsullara olan tələbatının ödənilməsinə xidmət edəcək",- Komitədən bildirilib.
Qeyd edək ki, “Azerbaijan Fish Farm” MMC Neftçala Nərə Balıqartırma Zavodunun da sahibidir. Bu şirkət “PAŞA Holdinq” şirkətlər qrupuna daxildir.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi 30 iyul 2019-cu il tarixində “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi. Aidiyyəti dövlət qurumlarının təmsil olunduğu müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar qarşısında maliyyə, iqtisadi, investisiya və sosial şərtlər qoyulmuşdu. Müsabiqədə iştirak etmək üçün iddiaçılar tərəfindən investisiya təklifləri təqdim olunmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
24 d. əvvəl
Milli Oftalmologiya Mərkəzi gələn il büdcədən 9 milyon manat alacaq
-
- 26 d. əvvəl
- 37 d. əvvəl
-
59 d. əvvəl
"Elektrik ötürücü xətlərin və qaz kəmərinin tikintisini müzakirə etmişik"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq mallar alıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 10 aylıq Ümumi Daxili Məhsul istehsalı 100 milyard manatı aşıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Xankəndidə mənzillər satışa çıxarılacaq
Əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq mallar alıb
Azərbaycanda orta maaş 6,1 manat aşağı düşüb
Ən çox oxunanlar
"İdeal Kredit"in borclanması üçün hərrac keçiriləcək - borcverənlərə illik 14% ödəyəcək
"Zabrat Maşınqayırma Zavodu" səhmlərinin nominal dəyərini azaldıb
Azərbaycan şirkəti Çin şirkətilə müqavilə imzaladı - Ölkəmizdə dəmir zavodunun tikintisi və istismarı üzrə əsas mərhələ başlayır
Naxçıvanda 122 istehsal və xidmət sahəsi istifadəyə verilib





















.jpg)






