Expressbank müştərilərinin nəzərinə!
(®) Daim xidmətlərində texnoloji yeniliklərin tətbiqi və təkmilləşdirilməsinə xüsusi diqqət yetirən Expressbank hazırda yeni prosessinq mərkəzinə keçid edir.
Bununla bağlı müştərilərin diqqətinə çatdırılır ki, 9 və 10 oktyabr tarixlərində banka məxsus ATM-lərin fəaliyyətində, 10 oktyabr tarixində isə saat 14:00-dan 22:00-dək bütün növ plastik kartların əməliyyatları və onlayn xidmətlər üzrə fasilələr yaranacaq.
Yeni prosessinq mərkəzinə keçid müştərilərə daha çevik xidmət göstərmək və yeni məhsullar təqdim etməyə imkan verəcək. Belə ki, artıq “Cash to any Card” (istənilən karta pul mədaxili) , “PİN kod dəyişdirilməsi”, “PİN kod bərpası”, “SMS PİN” (PİN kodun SMS-lə göndərilməsi), “VİSA Direct”, “MasterCard Money Send” (Bütün VİSA və MC bank kartlarına pulun göndərilməsi), “Bonus və Loyalty proqram” (Loyallıq proqramları), “QR Payment” (QR kod ilə ödəniş) kimi xidmətlər daha rahat və daha sürətli həyata keçiriləcək. Həmçinin, növbəti mərhələlərdə bank kartı olmadan mobil telefon vasitəsi ilə təmassız ödəniş imkanları da mümkün olacaq.
Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank"- ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 23 d. əvvəl
-
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
3 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
3 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı



















