Beynəlxalq Bank Nərimanov filialını və Qax şöbəsini də yenidən qurdu
® Xidmət keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə filialların transformasiyası layihəsini həyata keçirən Azərbaycan Beynəlxaq Bankı filial və şöbələrin müasirləşdirilməsi tədbirlərini davam etdirir.
Bu layihə çərçivəsində yenidən qurulmuş növbəti xidmət ofisləri bankın Nərimanov filialı və Qax şöbəsi olub. Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialı əvvəlki ünvanında - Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi – 94-də yerləşən binasında müştərilərə xidmət göstərir. Qax şöbəsi isə ünvanını da dəyişib. Şöbə bundan sonra öz fəaliyyətini Qax şəhəri, İmam Mustafayev küçəsi - 33 ünvanındakı yeni binasında davam etdirəcək.
Geniş ərazidə yerləşən hər iki bina əsaslı təmir edilərək bankın korporativ üslubuna, müasir xidmət standartlarına tam uyğunlaşdırılıb, müvafiq bankçılıq texnologiyaları ilə təchiz edilib. Həm Nərimanov filialında, həm də Qax şöbəsində müştərilərə yüksək xidmət üçün hər cür şərait yaradılıb.
Fərdi və korporativ müştərilər Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialında kassa-hesablaşma əməliyyatları, istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli bank məhsul və xidmətlərindən istifadə edə bilərlər. Qeyd edək ki, Nərimanov filialı şənbə günləri də müştərilərin xidmətindədir.
Qax rayonunda bank məhsul və xidmətlərinə ehtiyacı olan müştərilər də Azərbaycan Beynəlxalq Bankının onlar üçün kifayət qədər əlçatan Qax şöbəsinin yaratdığı çeşidli imkanlardan faydalana bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
6 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
7 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 29 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir























