1,7 milyard dollarlıq profisit proqnozlaşdırılır
2020-ci il üzrə cari əməliyyatlar balansında 1,7 milyard ABŞ dolları və ya ÜDM-in 2,1 faizi səviyyəsində profisit proqnozlaşdırılır ki, bu da maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtəcəkdir.
"Marja"nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.
“Cari əməliyyatlar balansındakı profisit əsasən ticarət balansındakı profisitin hesabına formalaşacaqdır. Bununla belə xidmətlər balansındakı kəsirin 2019-cu ildən etibarən azalması cari əməliyyatlar balansındakı profisitə artırıcı təsir göstərəcəkdir.
HƏMÇİNİN OXU: 2020-ci ilin büdcəsi üzrə ilkin rəqəmlər məlum oldu
Cari ilin ilk yarısında xarici ticarət dövriyyəsi 16,9 mlrd. ABŞ dolları olmuşdur ki, bunun da 7,0 mlrd. ABŞ dolları idxal əməliyyatları, 9,9 mlrd. ABŞ dolları isə ixrac əməliyyatlarının payına düşmüşdür. Nəticədə xarici ticarət hesabında 2,9 mlrd. ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. Proqnozlara əsasən ortamüddətli dövr ərzində xarici ticarət balansının mütəmadi artımı gözlənilir. 2020-ci il üçün ixraca yönələn 1 barrel xam neftin qiyməti 55 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır”,- açıqlamada deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
9 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















