Xərcin 80%-i dövlət tərəfindən qarşılanacaq - MÜRACİƏTLƏRİN QƏBULUNA BAŞLANIB
Daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizminin icrasına cəlb edilməsi məqsədilə məsləhətçi şirkətlər üçün tədbir təşkil edilib
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərindən müraciətlərin qəbuluna başlanılıb.
Daxil olmuş müraciətlərə əsasən müvafiq bazar araşdırmalarının KOBİA-nın sifarişilə ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər, o cümlədən konsaltinq şirkətləri tərəfindən hazırlanması nəzərdə tutulur.
Bu məqsədlə avqustun 28-də KOBİA-da yerli və xarici hüquqi və fiziki şəxslərin daxili bazar araşdırmaları ilə bağlı məlumatlandırılması üçün tədbir keçirilib. Yerli və xarici məsləhətçi şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə daxili bazar araşdırmalarının aparılmasına dair tələblər və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə qeyd edilib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaların icrasının təmin edilməsi məqsədilə KOBİA-da təşkilati işlər yekunlaşdırılıb və sahibkarlardan müraciətlərin qəbuluna başlanılıb.
Diqqətə çatdırılıb ki, daxili bazar araşdırmaları KOB subyektlərinin fəaliyyətinin genişləndirilməsi, eləcə də yeni məhsulun və ya xidmətin yaradılması və inkişaf etdirilməsi sahəsində daxili bazarın mövcud vəziyyətinin müəyyən edilməsi istiqamətində həyata keçirilən fəaliyyətdir. Daxili bazar araşdırmalarının hazırlanması üçün yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar), o cümlədən universitetlər, institutlar, xüsusi araşdırma və təhlil mərkəzləri, məsləhətçi şirkətlər cəlb ediləcəkdir.
Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50%-i dövlət tərəfindən qarşılanacaq. Ümumilikdə isə hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manata qədər olacaqdır. Daxili bazar araşdırmaları ilə bağlı mikro, kiçik və orta sahibkarlar ətraflı məlumatı və müraciət üçün ərizə formasını KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsindən əldə edə bilərlər.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
3 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
4 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"























