Dənizə yola salındı
Şahdəniz konsorsiumu məmnuniyyətlə elan edir ki, Şahdəniz Mərhələ 2 platformalarının ikinci dayaq bloku dənizə yola salınıb. Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının dayaq bloku qrafiki qabaqlayaraq 15 mart tarixində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan (BDÖZ) Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsinə yola salınıb.
Dayaq bloku konstruksiyasının daşınması, suya endirilməsi, yerləşdirilməsi, payaların üzərinə quraşdırılması və yekun tamamlanma işlərinin hava şəraitindən asılı olaraq təxminən 75 gün davam edəcəyi gözlənilir.
Dayaq blokunun tikintisi qrafiki qabaqlayaraq 20 fevral 2017-ci il tarixində tamamlanıb və sonra uğurla BDÖZ-dəki yanalma körpüsündə STB-1 daşıma barjına yüklənib.
BOS Shelf, Star Gulf və Saipem konsorsiumu tərəfindən inşa edilmiş bu dayaq bloku yerli tikinti-quraşdırma infrastrukturundan və qurğularından istifadə olunmaqla bütövlüklə ölkə daxilində BDÖZ-də inşa edilib. Tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar daxil olmaqla 2000 nəfər işçi cəlb edilmişdi. Bu işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.
BP-nin Şahdəniz 2 layihələri üzrə vitse-prezidenti Yuan Dramond: “İkinci dayaq blokunun dənizə yola salınması bu ilə planlaşdırılmış ilk mühüm işimizdir və biz qrafiki qabaqlamaqla buna nail olmağımızdan çox məmnunuq. 2017-ci il həm BP şirkəti üçün, həm də artıq təxminən 90%-i tamamlanmış olan Şahdəniz 2 layihəsi üçün əhəmiyyətli bir ildir. Biz bu il layihə üzrə bir sıra mühüm işlərin tamamlanmasını planlaşdırırıq. BP-nin Azərbaycandakı fəaliyyətinin 25-ci ildönümünü qeyd etdiyimiz bu ildə biz planlaşdırdığımız bütün işləri qrafikə uyğun tamamlamaqla böyük uğura imza atmaq niyyətindəyik.
Bu münasibətlə, mən bu nəhəng layihənin irəliləyişinə göstərdikləri dəstəyə və əməkdaşlığa görə SOCAR-a və tərəfdaşlarımıza dərin minnətdarlığımı bildirirəm. Eləcə də, bu mərhələnin qrafikdən öncə tamamlanmasına nail olmaq üçün öz zəhmətini əsirgəməmiş BP-nin, podratçıların və subpodratçıların bütün əməkdaşlarına minnətdarlığımı bildirmək istəyirəm. Bu dayaq blokunun 22 aylıq tikinti müddətində BP-nin texniki təhlükəsizlik standartlarına tam əməl etdiklərinə görə BOS Shelf, Star Gulf və Saipem konsorsiumuna xüsusilə təşəkkür etmək istəyirəm. Bu, əməyin təhlükəsizliyi baxımından böyük nailiyyətdir və mən əminəm ki, dənizdəki quraşdırma işləri də əməyin təhlükəsizliyinə və keyfiyyətə eyni dərəcədə əməl edilməklə həyata keçiriləcək.”
İkinci dayaq blokunun çəkisi təxminən 12084 ton, hündürlüyü isə 105 metrdir. Dayaq blokunun 31 J-formalı borusu, 7 xidməti kessonu və 3 J-formalı boru kessonu var. Dayaq bloku suyun 95 metr dərinliyində quraşdırılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 d. əvvəl
-
23 d. əvvəl
Nissan Çinin avtomobil istehsalçısı ilə danışıqlar aparır: Ortaq istehsal gündəmdədir
-
-
1 saat əvvəl
PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
"PAŞA Kapital"ın xalis mənfəəti artıb - ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ
-
2 saat əvvəl
"BRAND CREDİT" BOKT maliyyə göstəricilərini açıqladı - HESABATLAR VƏ AUDİTORUN RƏYİ
-
2 saat əvvəl
Xalq Bank Visa Direct to Account and Wallet xidmətini istifadəyə verdi
-
3 saat əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
-
3 saat əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Prezident İlham Əliyev Türkiyədə şəfərdədir
"PAŞA Kapital"ın xalis mənfəəti artıb - ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
“Teleradio”ya yeni rəhbər təyin edilib
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycanın ixracı və idxalı azalıb






.jpg)










.jpg)







