Rəhbərlərin sosial mediada aktivliyi vacibdir? - Sosial CEO və stereotiplər
Müasir dünyamızda istər özəl, istərsə də dövlət qurumlarının rəhbərlərinin sosial mediada aktiv olmasının bir çox üstünlükləri var. Bu aktivliyi əhəmiyyətli edən amillər və onların faydalarına keçməzdən öncə, gəlin cəmiyyətimizdə bir rəhbərin rəqəmsal dünyada aktivliyinə qarşı formalaşmış olan stereotiplərə nəzər salaq.
Yerli stereotiplər:
-“Sosial mediada aktivliyim məni az işləyirmiş kimi və ya bekar göstərər”.
-“Şöhrətpərəst görsənmək istəmirəm”.
-“Çox gözə girməməkdə fayda var”.
-“Rəqəmsal dünyada aktivlik vaxt itkisidir, nəticələrə fokuslanmalıyam”.
-“Qapalı olmaq, davamlı və uzunmüddətli olmaqdır”.
-“Real dünyada çox işləyirəm, uğurluyam və rəqəmsal dünyada auditoriyama heç nə sübut etməyimə ehtiyac yoxdur və ya buna vaxtım yoxdur”.
İndi də yuxarıda sadaladığım stereotiplərin əslində doğru olmadığını və sosial aktivliyin nə dərəcədə vacib olduğunu göstərən faydalar haqqında danışaq.
Sirr deyil ki, sosial şəbəkələr şirkətlər və qurumlar barədə fikirlərin formalaşmasına ciddi təsir edir və bu fikirlər adətən çox çevik, dəyişkən və həssas olur. Araşdırmalar onu göstərir ki, hər hansı bir markanın rəhbəri sosial mediada aktiv olduğu halda auditoriyanın 82%-i həmin brendə daha çox güvənir. Şirkət və ya qurum rəhbərinin rəqəmsal dünyada olan aktivliyi nəticəsində yaranan güvən hissi təkcə məhsula, xidmətə və ya quruma tələbatı olan auditoriyada deyil, həmçinin rəhbərin komandasında, investorlarda və digər hədəf kütlələrində də artır.
Digər vacib üstünlük böhran hallarının baş verdiyi zaman ortaya çıxır. Şirkətin və ya qurumun rəhbərinin sosial mediada aktivliyi gələcəkdə həmin qurumun reputasiyasına mənfi təsir edə biləcək risklərin qarşısını vaxtında almaq üçün əvəz olunmaz vasitəyə çevrilə bilər. Şirkət rəhbərinin rəqəmsal dünyada olan aktivliyi şirkətin dəyərlərinin şəxsi kanallar vasitəsi ilə pozitiv şəkildə paylaşılmasına, reputasiyasının gücləndirilməsinə və böhran hallarının qarşısının alınmasına yardım edir. Auditoriya ilə əlaqələr şəxsi zəmində qurulduqda və mesajlar birbaşa rəhbərin öz dilindən səmimi şəkildə çatdırıldıqda auditoriya onları daha etibarlı hesab edir, daha tez qəbul edir və nəticədə çatdırılan mesajlar kənar təsirlərə qarşı daha dayanıqlı olur.
Ruder Finn tərəfindən həyata keçirilən və 13 sektoru və 100 CEO-nu əhatə edən araşdırma göstərir ki, yüksək performanslı CEO-lar daha çox sosial olaraq aktivdirlər. Onları hətta “Social CEO” adlandırırlar. Bu rəhbər işçilər ən azı 2 sosial media hesabına sahibdir və davamlı olaraq post paylaşırlar. Zəif performanslı CEO-lar isə əksinə sosial mediada daha passivdirlər. Bu onu göstərir ki, sosial mediada rəhbər işçilərin aktivliyi onların birbaşa performansları ilə də düz mütanasibdir. Daha nə deyəsən?.
Ölkəmizdə də gənc rəhbərlər artdıqca sadalanan stereotiplər günü-gündən azalır. Artıq şəffavlıq və açıqlıq zamanıdır!
© Anar Əskərov
Müəllif haqqında: Anar Əskərov 10 ildən çox təcrübəsi olan PR üzrə mütəxəssisdir. O “INPRESS PR Solutions” (www.inpress.az) şirkətinin təsisçisi və CEO-su, həmçinin Qafqaz regionunda ən böyük xəbər agentliklərindən biri olan Report İnformasiya Agentliyinin (www.report.az) CEO-sudur. Onun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək fərdlərə və şirkətlərə brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"
























