“AzerGold” qızıl və gümüş istehsalında rekorda nail olub
“AzerGold” QSC tərəfindən Çovdar filiz emalı sahəsində əməliyyat işləri üzrə aparılan optimallaşdırma tədbirləri, işçi heyətinin təcrübə və peşəkarlığının artması və tətbiq olunan texnoloji həllər hasilatda müsbət nəticələrini verməkdədir.
Şirkətdən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, cari ilin iyul ayında “AzerGold” QSC 2019-cu il üçün rekord həcmdə qızıl istehsal edib.
Hesabat dövründə 5 495 unsiya qızıl istehsal edilib ki, bu da nəzərdə tutulan planı 23% üstələyib. Gümüş istehsalı isə 10 995 unsiya təşkil edərək, nəzərdə tutulan planı 41% üstələyib və bununla da Cəmiyyətin bütün fəaliyyət dövründə rekord göstəriciyə yüksəlib.
Hesabat dövründə filiz xırdalanması nəzərdə tutulan planı 31% üstələyərək 130 810 ton təşkil etmişdir ki, bu da Cəmiyyətin bütün fəaliyyəti dövründə rekord göstəricidir.
Cari hasilat prosesinin optimallaşdırılması və qiymətli metalların hasilatının maya dəyərinin azaldılması ilə yanaşı, “AzerGold” QSC yeni əlvan metal yataqların istismara cəlb edilməsi məqsədi ilə kəşfiyyat işlərini uğurla davam etdirir. Belə ki, iyul ayında 7 285 metr geoloji buruq qazma işləri görülüb, ilin sonunadək bu rəqəmin 40 min metrə çatdırılması planlaşdırılır. Kəşfiyyat proqramı Çovdar yatağının yerüstü və yeraltı ehtiyatlarının artırılmasını, qızıl və gümüşə perspektivli olan Ağyoxuş, Mərək və Tülallar sahələrində buruq-qazma işlərini və ehtiyatların təsdiqini, habelə Filizçay polimetal yatağında ehtiyatların beynəlxalq standartlar əsasında qiymətləndirilməsini nəzərdə tutur.
Hazırda “AzerGold” QSC tərəfindən aparılan kəşfiyyat işləri gələcəkdə milli mədənçilik sənayesinin mənfəətini artırmaqla yanaşı, regionların sosial-iqtisadi tərəqqisi, həmçinin qeyri-neft sektorunun daha da dinamik inkişafına töhfə verməyə hədəflənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
36 d. əvvəl
Swissôtel & Raffle Residences – Sea Breeze-də premium yaşayış imkanı
-
59 d. əvvəl
Qızılda başgicəlləndirən bahalaşma - QİYMƏTİ 5000 DOLLARA YAXINLAŞDI
-
8 saat əvvəl
2025-ci il "Bank Respublika" üçün necə keçib? - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 9 saat əvvəl
-
10 saat əvvəl
AccessBank 2025-ci ili gəlir və aktivlər üzrə artım ilə başa vurub
-
12 saat əvvəl
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
-
12 saat əvvəl
ChatGPT-nin ana şirkəti OpenAI gəlir modeli formalaşdıra bilmir, zərəri ildən-ilə artır
-
15 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Swissôtel & Raffle Residences – Sea Breeze-də premium yaşayış imkanı
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
ChatGPT-nin ana şirkəti OpenAI gəlir modeli formalaşdıra bilmir, zərəri ildən-ilə artır
Ən çox oxunanlar
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
İlham Əliyevin Donald Tramp ilə görüşü olub - FOTOLAR
























