Bu qiymətə dəyər?
Tikinti sektoru, xüsusilə də mənzil tikintisi son illərin ən dinamik inkişaf edən sahələrindən biridir. Sovet ittifaqı dönəmində maksimum 9 mərtəbəli evlər tikən inşaatçılar indi artıq ən müasir texnologiyaların tətbiqi ilə müxtəlif formada çoxmərtəbəli yaşayış binaları inşa edir. Amma tikinti işlərinin, xüsusilə də mənzil tikintisinin digər fəaliyyət sahələrindən çox önəmli bir fərqi var. Yaşayış binalarının keyfiyyətini səthi baxışla müəyyən etmək mümkün deyil. Halbuki, əksəriyyətimizi mənzil alan zaman, məhz görülən tikinti işlərinin keyfiyyəti maraqlandırır.
Çoxlarını bir sual maraqlandırır, “Renessans Palace”-ın təklif etdiyi mənzillər bu qiymətə dəyərmi? Bu suala cavab vermək üçün buqiymetedeyer.az internet saytı yaradılıb. Saytda tikinti prosesi və tikinti materiallarının keyfiyyəti haqqında geniş məlumatla yanaşı olaraq, potensial mənzil alıcılarınımaraqlandıran digər faydalı məlumatlar da öz əksini tapıb.
Böyük bir məsuliyyəti üzərimizə götürərək sizə “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən “Renessans Palace” premiumklass yaşayış kompleksi haqqında ətraflı məlumat vermək istəyirik. Etibarlı binanın əsası bünövrədə qoyulur. “Renessans Palace”-ın bünövrəsi 2 metr hündürlükdə beton qatından başlayır. Bünövrədə nəmə qarşı üçqat müdafiə təmin olunub. Qrunt sularının bünövrədə yığılmasının qarşısını almaq üçün drenaj sistemi qurulub, istinad divarlarının betonuna mayə şüşə əlavə olunub.
Neoklassik memarlıq üslubunda inşa edilən 18 mərtəbəli dörd binanın fasadı qranit və ağlayla üzlənib. Qiyməti çox baha olduğundanqranit yaşayış təyinatlı tikililərdəaz istifadə olunur. “Renessans Palace”-da qranit və təbii ağlaydaşından istifadə tikinti işlərinin maya dəyərini artırsa da, binalar uzun illər boyu öz zahiri gözəlliyini qoruyub saxlayacaq.
Betonun keyfiyyəti “Renessans Palace”-ın tikintisini həyata keçirən “AS Group Investment” Şirkətlər qrupuna məxsus xüsusi laboratoriyada yoxlanılır. Çöl divarları 30 sm qalınlıqda termoizolyasiyalı beton bloklarla hörülür. Müqayisə üçün qeyd edək ki, 1m² divarın termoizolyasiyalı beton blokla hörülməsi mişar daşı ilə hörgüdən 4 dəfə, kərpiclə hörgüdən 3 dəfə baha başa gəlir. Amma 30 sm qalınlıqda beton blokun istilik izolyasiyası xüsusiyyətləri 52 sm qalınlıqda taxta, 1 metr qalınlıqda mişar daşı və 2,3 metr qalınlıqda kərpic divarın istilik izolyasiyası xüsusiyyətlərinə bərabərdir. Beton blokun 5 sm qalınlıqda termoizolyasiya təbəqəsi sayəsində mənzillər yayda sərin, qışda isti olur. Nəticədə mənzilin isidilməsi və soyudulmasına sərf olunan enerjiyə 40%-dək qənaət edilir. Bununla yanaşı olaraq, beton bloklar 2,5 saat binanın yükgötürən konstruksiyalarına zərər vermədən və təhlükəli maddələri ifraz etmədən yanğının birbaşa təsirinə davam gətirə bilər.
Əksər yeni tikililərdə pəncərələr tikinti işləri başa çatmamış quraşdırılır. Bu isə pəncərələri çətin silinən tikinti materialları ilə çirkləndirir, zahiri görünüşünə xələl gətirir. Bunu nəzərə alaraq, “Renessans Palace”-da tikinti işləri davam edən müddətdə, pəncərə yerinə metal çərçivə qoyulub. Metal çərçivədən istifadə layihəni bir qədər bahalaşdırsa da, pəncərələri gələcək sakinlərə təmiz təhvil vermək üçün istifadə olunur. Tikinti işləri tam başa çatandan sonra metal çərçivənin üzərinə 4 kameralı izosistem pəncərələr quraşdırılacaq. Metal çərçivəyə bərkidilən izosistem pəncərələr adi plastik pəncərələrdən fərqli olaraq zaman keçdikcə deformasiyaya uğramır,bu isə mənzili xarici temperaturun təsirindən, kənar səs-küydən, qışda soyuqdan, yayda istidən qoruyacaq.
Premium standartın əsas tələblərindən biri mənzilin hündürlüyüdür. “Renessans Palace”-ın yaşayış mərtəbələrində tavanın hündürlüyü 3,45 metr təşkil edir. Premium standartın daha bir tələbinə əsasən hər mənzilin ən azı 1,2 parkinq yeri olmalıdır. Bir mənzilə düşən 1,5 parkinq yeri ilə “Renessans Palace” premiumklass üçün müəyyən olunmuş beynəlxalq standartların tələblərinə tam cavab verir. 3 mərtəbəli yeraltı parkinqdən mənzilinizə, sizi “Mitsubishi” markalı liftlər çatdıracaq. Hətta texnoloji cəhətdən inkişaf etmiş Yaponiyada “Mitsubishi” markalı liftlər tikilinin yüksək statusuna dəlalət edir. Sürəti 1,75 m/san olan bu liftlər, hər mərtəbəsində maksimum 3-4 mənzil yerləşən “Renessans Palace” yaşayış kompleksinin sakinlərini lift gözləmək qayğısından azad edəcək.
“Renessans Palace” premiumklass yaşayış kompleksi 1,5 ha sahəsi olan parkı, zəngin idman infrastrukturu, həmçinin kommersiya və sosial yönümlü obyektləri ilə sakinlərə asudə vaxtı keçirmək və gündəlik ehtiyacları ödəmək üçün geniş seçim imkanları yaradacaq.
Çoxlarımız münasib qiymətlə keyfiyyətli tikilən mənzil axtarışındayıq. “Renessans Palace”-la yaxından tanış olandan sonra siz özünüz əmin olacaqsınız ki, “Renessans Palace” bu qiymətə dəyər!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
-
10 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
11 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
11 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
11 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
-
11 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
12 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı - SON DƏQİQƏ
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
Ən çox oxunanlar
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü




















