Əhalinin banklardakı müddətli əmanətləri azalıb
Əhalinin banklardakı müddətli əmanətləri azalıb.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 30 İyun 2019-cu il tarixində fiziki şəxslərin (əhalinin) müddətli əmanətləri 5 milyard 337.4 milyon manat təşkil edib. Bu, cari ilin mart ayının sonu ilə müqayisədə 128,4 milyon manat, ötən ilin sonu ilə müqayisədə isə 141,6 milyon manat azdır.
May ayının sonu ilə müqayisədə İyun ayında müddətli əmanətlər 43,4 milyon manat azalıb.
Müddətli əmanətlər ötən ilin Dakabr ayının sonunda 5 milyard 479 milyon manat, Martın sonunda 5 milyard 465.8 milyon manat, Mayın sonunda isə 5 milyard 380.8 milyon manat təşkil etmişdi.
Məlumat üçün bildirək ki, bank əmanəti müqaviləsi əmanətin ilk tələb üzrə verilməsi şərti ilə (tələbli əmanət) və ya əmanətin müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra şərti ilə (müddətli əmanət) bağlanır. Sektor üçün müddətli əmanət daha önəmlidir.
TƏLƏBLİ ƏMANƏTLƏR ARTIB
30.06.2019-cu il tarixində fiziki şəxslərin cəmi əmanətləri 8 milyard 633.8 milyon manat təşkil edib. Mayın sonunda cəmi əmanətlər 8 milyard 527.6 milyon manat təşkil etmişdi. İyunda cəmi əmanətlərdəki artımın səbəbi tələbli əmanətlərin 149,6 milyon manat artmasıdır.
Mayın sonunda 3 milyard 146.8 milyard manat təşkil etmiş tələbli əmanətlər İyunun sonunda 3 milyard 296.4 milyon manata çatıb. İlk 6 ayda isə tələbli əmanətlər 505,7 milyon manat artıb.
Son vaxtlar bankların müddətli əmanətlərə təklif etdikləri faizlər aşağı düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)







