İki holdinqin futbol komandası “Gilan Kuboku”nun finalında görüşəcək
(®) 28 May - Respublika Gününə həsr olunan şirkətlərarası “Gilan Kuboku” mini futbol turniri ən həyəcanlı kulminasiya hissəsinə yaxınlaşır. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin əməkdaşlarından ibarət olan 16 komanda “Gilan Kuboku” üzrə mübarizəyə qatılmışdır. İştirakçı komandalarının yüksək hazırlığı, parlaq oyunlar və şirkətlər arasında dostluq əlaqələrinin möhkəmlənməsi ilə fərqlənən turnirin finalına “Gilan Holdinq” və "Azərsun Holdinq" komandaları vəsiqə qazanıb.
Sabah, 26 iyul 2019-cu il tarixində Su İdmanı Sarayının mini futbol meydançasında “Gilan Kuboku” çempionatında birinci yer uğrunda qarşılaşma “Gilan Holdinq” və "Azərsun Holdinq" komandaları arasında baş tutacaq. Turnirə böyük həvəslə qatılan, iddialı və güclü oyun nümayiş etdirən “FAB Boya” və “Kapital Bank” komandaları öz aralarında 3-cü yerə sahib olacaq komandanı müəyyən edəcəklər.
Qeyd edək ki, Respublika Gününə həsr olunan “Gilan Kuboku” mini futbol turnirində ilk 3 yeri tutan komandalar üçün təyin edilmiş ümumi mükafat fondu 18.000 AZN təşkil edir. Birinci yerə sahib olacaq komandaya 10,000 AZN, 2-ci yeri tutacaq komandaya 5,000 AZN, 3-cü yerə layiq görüləcək komandaya isə 3,000 AZN məbləğində mükafat təqdim olunacaq.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 22 d. əvvəl
- 36 d. əvvəl
-
40 d. əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 50 d. əvvəl
-
56 d. əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Qırğızıstan-Azərbaycan birgə fondunun kapitalı 100 milyon dollara yüksəldiləcək"
-
1 saat əvvəl
"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Ən çox oxunanlar
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
"Yapı Kredi Bank Azərbaycan" mobil tətbiqini yeniləyib
























