Çinin avtomobil sektorundakı rolu dəyişir
Çin, avtomobil sektorundakı satınalmalarını sürətləndirərək sektorda bazar rolundan investor roluna keçid edir
Qlobal avtomobil istehsalçıları üçün, uzun illərdir önəmli bir bazar olan Çin avtomobil və ağır yük maşını sektorundakı satınalmalarını sürətləndirərək sektorda investor rolunu oynayır.
"Marja" xəbər verir ki, Çinli şirkətlərin Çinli olmayan avtomobil şirkətlərinə qarşı 2008-ci ildən bəri davam edən və yarısından çoxunun son iki ildə reallaşdığı alışları artmaqda davam edir.
2010-cu ildə "Zhejiang Geely Holding Group" şirkətinin İdarə Heyətinin sədri, milyarder Liu Shufu-nun "Ford Motor"dan "Volvo Cars" şirkətini alması bu keçiddə ilk oldu.
Bundan təxminən dörd il sonra, digər bir Çin şirkəti "Dongfeng Motor" şirkəti "Peugeot Citroen"in 14%-lik hissəsini aldı.
AZEX - TÜRKİYƏDƏN SÜRƏTLİ ÇATDIRILMA
Bu sahədəki ən böyük investisiya olan "Geely"nin 2018-ci ildə 9 milyard dollara "Daimler"in təxminən 9.7%-ni satın alması şirkətin Almaniyanın lüks avtomobil şirkətinin ən böyük səhmdarı olmasını təmin etdi.
BAIC tərəfindən Çərşənbə günü açıqlanan satınalma, şirkəti "Daimler"in ən böyük üçüncü səhmdarı edib. Çinin avtomobil şirkəti "Beijing Automotive Industry Holding Co." (BAIC) Almaniyanın avtomobil istehsalçısı "Daimler AG" şirkətinin 5%-ini satın alıb.
Bunun Çin hökuməti tərəfindən qlobal bir avtomobil istehsalçısına yatırılan ən strateji investisiyası olduğu bildirilib.
"Daimler" Mercedes-Benz" avtomobillərinin istehsalçısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)




