Ayın sonunda bu ssenari olsa Türk lirəsi “relsdən” çıxa bilər
İnvestorların ən çox qorxduğu, Ərdoğanın Mərkəzi Bankı çox aqressiv və çox sürətli faiz endirimləri üçün məcbur etməsidir.
Böyük bir faiz endirimi olacaq, yoxsa faiz sabit saxlanacaq?
İnvestorlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Mərkəzi Bank üzərindəki mübahisəsiz təsirini həzm etməyə çalışırlar. İndi yaranmış sual; “Türkiyə Mərkəzi Bankı faizi hansı sürətdə azaldacaq?”dır.
"Marja"nın məlumatına görə, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Murat Çetinkayanın vəzifədən azad edilərək yerinə müavini Murat Uysal təyin olunmadan da əvvəl, bazar (xüsusilə investorlar) TCMB-dən son üç ilin ilk faiz endirimini gözləyirdilər.
Ancaq, Ərdoğanın yüksək faizə mənfi münasibəti də nəzərə alındıqda Mərkəzi Bankın faizi aşağı salma sürəti bazar üçün sürpriz ola bilər. Normasında bir yanaşma (faizin zəif aşağı salınması) Türk lirəsinə dəstək olacaq kapital girişlərinə və inflyasiyanın səngiməsinə səbəb ola bilər. Daha aqressiv bir addım (güclü faiz endirimi) Türk lirəsinin yeni yaranmağa başlayan sabitləşməsini “relsdən” çıxara bilər.
TCMB rəsmiləri 25 İyuldakı toplantıda faizlərə dair qərar verəcəklər. Bu qərara dair nə kimi ssenarilər ola bilər?
FAİZİN KƏSKİN AŞAĞI SALINMASI
İnvestorların ən çox qorxduğu, Ərdoğanın Mərkəzi Bankı çox aqressiv və çox sürətli faiz endirimləri üçün məcbur etməsidir.
"Rabobank"ın inkişaf edən bazarlar üzrə strateqi Piotr Matys, "Prezident Ərdoğan, inadcıl bir şəkildə yüksək qalan inflyasiyadan yaranan iqtisadi çətinlikləri, həyata keçirilməsi çox çətin olan struktur islahatlarına fokuslanmaq əvəzinə, faizi nisbi olaraq sürətli bir şəkildə aşağı salaraq həll etməyə niyyətli kimi görünür" - deyib.
Ərdoğana görə, yüksək faiz yüksək inflyasiyanın anasıdır.
Matys, TCMB-nin yeni sədri Murat Uysal Ərdoğanı sakitləşdirmək üçün bir neçə yüz faiz bəndi olmaqla böyük miqyaslı bir faiz endiriminə gedə biləcəyini sözlərinə əlavə edib.
KÖRPƏ ADDIMLARI İLƏ GETMƏK
Çetinkayanın vəzifədən azad edilməsilə TCMB-nin etibarlılığına dəyən ziyan nəzərə alındıqda, yeni sədr Uysal, vəziyyəti bir az dəyişdirmək üçün faizin zəif endirilməsini seçim edə bilər. "Standard Chartered Plc"dən Carla Slim-ə görə, Mərkəzi Bankın faizi 100 bənd endirməsi təmkinli bir addım olar.
Slim, "TCMB bu ilin ötən dövründəki bir sıra qeyri-müəyyənliyə görə faizin aşağı salınmasını təxirə saldı. İyul ayında kəskin bir faiz endirimi bazarları narahat edə bilər. Bazarda, “növbəti iclaslarda da güclü faiz endirimi” gözləntisi yaranar və bu, Mərkəzi Bankın manevr qabiliyyətini azalda bilər. Bu səbəbdən mərhələli faiz endirimi gözləyirik" deyib.
FAİZİ SABİT SAXLAMAQ
Faizin dəyişdirilməməsi bütün dünyada analitikləri və investorları təəccübləndirər və yəqin ki, Lirənin xeyli bahalaşmasına səbəb ola bilər.
Lüksemburqda "Nordea Investment Funds"dan stajlı makro strateqi Sebastien Galy, "Sentyabr ayından bu yana Mərkəzi Bank pul siyasətini hökumətin müdaxiləsinə qarşı müstəqilliyinin bir işarəsi kimi saxladı. Aqressiv faiz endirimi gözləntilərinə baxmayaraq faizi sabit saxlayarsa, bu vəziyyət investorları, səhmlər və sabit gəlirliliyi olan qiymətli kağızlar bazarında volatillik dalğasının ardından sakitləşdirəcək",- deyib.
Galy-yə görə, məntiq belə də ola bilər; Qiymət (inflyasiya) təzyiqi yüngülləşərsə, ona qarşı mübarizə ehtiyacı da azalır. Ancaq, Galy, strateqlərin böyük qismi kimi, bu ssenarinin ehtimalının çox aşağı olduğunu düşünür.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 24 d. əvvəl
-
- 42 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





















