“AtaBank” əmanət şərtlərini yenilədi
(®) “AtaBank” ASC əmanət şərtlərində və faizlərində bir sıra dəyişikliklər edib. Müştərilər həm sığortalı şərtlərlə, həm də əlverişli faiz dərəcələri ilə əmanət yerləşdirə biləcəklər.
Bundan əlavə, AtaBank-ın yenilənmiş əmanət məhsulları depozit seyflərinə 50% endirim, Visa Signature kredit kartı, pulsuz AtaNet bankçılıq xidməti kimi imkanlar və güzəştlər də verir.
12 ay müddətinə yerləşdirilən əmanətin faizi - hesablanmış faizlər hər ay götürüldükdə 9%, hesablanmış faizlər hər rüb götürüldükdə 9,5%, müddətin sonunda götürüldükdə 10% təşkil edir.
Qeyd olunanlarla yanaşı, bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov bildirib ki, əmanətlər üzrə dəyişikliklər müştəri bazarının seqmentasiyasına əsasən aparılıb: "Bununla da hər müştəriyə uyğun məbləği, müddəti və faiz dərəcələrini əks etdirən yeni əmanət şərtləri tətbiq etmişik".
Bankın əmanət növləri ilə daha ətraflı tanış olmaq istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/
25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Xəbər verdiyimiz kimi, 01 iyul 2019-cu il tarixindən xarici valyutada illik 2,5%, manatda isə illik 10% dərəcəsinədək yerləşdirilmiş bütün əmanətlər 01.03.2020-ci il tarixinədək məbləğindən asılı olmayaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam sığortalanmış hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





