“20 illik ipoteka bərpa edilməyib, addan - ada keçirilməsinə imkan yaradılıb”
Ötən həftənin cümə və şənbə günləri bir sıra tikinti şirkətləri Azərbaycan Beynəlxalq Bankının ipoteka kreditini bərpa etdiyini bəyan etdilər. Şirkətlər, 20 illik ipotekanın bərpa edildiyini geniş reklam edirlər.
Bu gün Azərbaycan Beynəxalq Bankından “Marja” ya bildirildi ki, Bank tikinti şirkətləri ilə tərəfdaşlıq çərçivəsində öz vəsaitləri hesabına mənzil kreditlərinin verilməsini bərpa etməyib. Sadəcə mənzil krediti layihələri çərçivəsində əvvəllər tikinti şirkətlərindən mənzil almış müştərilərə Bank yeni bir imkan yaradıb.
“Azərbaycan Beynəlxalq Bankından mənzil krediti götürmüş şəxslər ipoteka predmetini satmaq istədikdə, indi Bank müəyyən edilmiş çərçivədə buna şərait yaradır. Bundan ötrü lazımi sənədlərlə tikinti şirkətinə və Banka müraciət edilməlidir”,- Bankdan “Marja”ya bildirilib.
KREDİTİN ADDAN ADA KEÇİRİLMƏSİ İMKANIDIR
Qısası, Bankın açıqlamasından belə çıxır ki, əvvəllər Beynəlxalq Bankın 20 illik ipoteka krediti ilə tikinti şirkətlərindən mənzil almış, lakin hazırda aylıq ödənişi verə bilməyən və ya mənzildən imtina edən müştərilərin mənzilləri başqa şəxslərə satıla bilər. Bu halda ipoteka krediti yeni alıcının adına rəsmiləşdirilir.
Böyük ehtimalla şirkətlərin reklam etdikləri mənzil kreditləri müştərilərin layihə qüvvədə olarkən aldıqları, amma indi ya ödənişində çətinlik çəkdikləri, ya da imtina etdikləri mənzillərlə bağlıdır. Müştərinin razılığı ilə ipoteka predmeti başqa bir potensial borcalana satıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
11 d. əvvəl
“Euronews”da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında xüsusi veriliş yayımlanıb – Video
-
34 d. əvvəl
Xankəndidə yeni məkan - "Kübar" adlı restoran fəaliyyətə başlayır
- 49 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Avropa Bankı AccessBank-a 20 milyon dolları ayırır
bp-yə yeni baş icraçı direktor təyin edildi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
m10 və Mastercard yeni rəqəmsal kartı təqdim edir
Rəsmi məzənnələr açıqlandı
NATO, 2026-cı il üçün hərbi büdcəsini açıqladı
Bir Bonus lotereyasının qalibləri bəlli oldu - SİYAHI










.jpg)





.jpg)
