"BP-Azərbaycan"a yeni prezident təyin edildi
BP bu gün Qəri Counzun (Gary Jones) BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin olunduğunu elan edir. Qəri öz yeni vəzifəsinin icrasına bu il aprel ayının 2-dən başlayacaq və BP-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək. Bu barədə "Marja"ya BP-dən bildirilib.
Qəri hazırda BP-nin qazma, tamamlama və quyular üzrə qlobal rəhbəridir.
Qəri Counz bu vəzifədə BP-nin regiondakı biznesinə 2012-ci ilin noyabr ayından uğurla rəhbərlik edən Qordon Birrelli əvəz edəcək. Qordonun yeni vəzifəsi isə Londonda BP-nin baş ofisində Baş Əməliyyat Rəhbəri olacaq və o, BP-nin hasilat, transformasiya və karbon üzrə işlərinə başçılıq edəcək.
BP-nin Baş İcraçı Direktoru Bob Dadli: “Qəri qlobal miqyasda təcrübəli bir neftçi və yetkin bir biznes rəhbəridir. BP-nin dünya üzrə quyularını idarə edən bölümünə uzun müddət başçılıq etmiş bir şəxs kimi o, bu yeni vəzifəyə Xəzərdəki əməliyyatlarımızla bağlı öz dərin texniki bilgilərini gətirir. Qəri BP-nin Rumeyla yatağı və Şimal dənizindəki yataqlar kimi bir sıra çox mühüm biznesini idarə etmişdir. BP Azərbaycanda öz 25-illiyini qeyd etdiyi bir vaxtda bizim qəti niyyətimiz bütün maraqlı tərəflərlə daha da sıx əməkdaşlıq vasitəsilə regiondakı biznesimizin uğurunu davam etdirməkdir. BP-nin yeni regional prezidenti kimi Qəri bizim uğurlu tərəfdaşlığımızı BP-nin burada idarə etdiyi bütün layihələrdəki böyük nailiyyətlərin üzərində quraraq davam etdirəcək.
Fürsətdən istifadə edərək mən həmçinin Qordona da BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki uğurlarının qazanılmasında rəhbərliyinə və bu işlərdəki qətiyyətinə görə öz təşəkkürümü bildirmək istəyirəm. Qordon regiondakı biznesimizə dörd ildən artıq rəhbərlik etmiş və hökumət, SOCAR və tərəfdaşlarımızla çox yaxşı əlaqələr və əməkdaşlığa əsaslanan çoxsaylı uğurlar və nailiyyətlər əldə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















