Türk Lirəsi Xarici işlər nazirinin açıqlaması ilə ucuzlaşır
Bu gün Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu "S400-lər məsələsində heç bir şəkildə geri addım atmayacağıq" deyib.
"Marja" xəbər verir ki, açıqlamadan sonra Türk Lirəsi Dollar qarşısında daha da ucuzlaşıb. Dollar/TL məzənnəsi 1%-ə yaxın artımla 5.9224 səviyyəsinə yüksəlib (saat 11:30-a olan məlumat).
Dünən də Türk lirəsi S400-lər ilə bağlı olaraq 1%-dən çox ucuzlaşmışdı.
Çavuşoğlu, "Heç bir şəkildə geri addım atmayacağıq. Müstəqil və azad millət olmaq üçün qərarlılığımızı davam etdirəcəyik" ifadələrini istifadə edib.
Çavuşoğlu, "ABŞ bizə qarşı mənfi addımlar atarsa, bizim də atacağımız addımlar var. "Amerika qərarlarını versin, biz də səssiz-səmirsiz oturaq" anlayışı yoxdur artıq. Bizə qarşı mənfi bir davranış olsa, biz də qarşılığını verəcəyik.
Sabah bizə qarşı hər hansı bir hücum olduğu zaman NATO-nun bizi qoruyacaq bir gücü yoxdur. NATO bizim hava məkanımızın 30%-ni nəzarətdə saxlaya bilir. Bizim ən çox ehtiyacımız olduğu zamanda ABŞ, Hollandiya Patriot batareyalarını geri çəkdi. Bir tək İspaniya və İtaliya bunları saxladı. Əlbəttə, bu bir milli məsələdir", -əlavə edib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 d. əvvəl
-
- 29 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















