Mərkəzi Bankdan yeni qərar - DAHA AZ MANAT CƏLB EDƏCƏK
Depozit hərracına tələbin artdığı bir dövrdə Mərkəzi Bank cəlb edəcəyi vəsiti azaldıb.
"Marja"nın məlumatına görə, Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracının 03 iyun 2019-cu il tarixində keçiriləcəyini bəyan edib. Hərrac vasitəsilə 100 milyon manatın cəlb edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən son hərraclarda 150 milyon manat cəlb edilirdi. İlin əvvəlində isə məbləğ 300-350 milyon manat təşkil edirdi. Mərkəzi Bank uçot dərəcəsini, faiz dəhlizinin aşağı və yuxarı hədlərini aşağı salmaqla bərabər, depozit hərracında cəlb etdiyi məbləği də azaldır. Bu pul siyasətinin daha da yumuşaldılmasıdır.
03 iyun 2019-cu il tarixində keçiriləcək hərrac üzrə müddət 14 gün, faiz dərəcəsi 6,76% - 8,74% aralığındadır.
Qeyd edək ki, son depozit və not hərraclarda tələb təklifi dəfələrlə üstələyir. Banklar izafi manat vəsaitlərini depozit hərraclarında və notlarda yerləşdirmək istəyirlər. Artıq asan pul qazanmaq dövrü başa çatır. İndi Mərkəzi Bank kommersiya banklarını məcbur edir ki, manat vəsaitlərini iqtisadiyyata yönəltsinlər.
Belə ki, 27.05.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 838,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir. Mərkəzi Bank elan etdiyi şəkildə 150 milyon manat cəlb edib. Beləliklə, hərracda tələb təklifi 5,6 dəfə üstələyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
20.05.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 763,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.
13.05.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 739,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdi.
06.05.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 633,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 7 d. əvvəl
-
- 27 d. əvvəl
- 43 d. əvvəl
-
44 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
55 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Bank sektorunda təmərküzləşmə azalıb
Ən çox oxunanlar
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol






.jpg)









.jpg)






