“PAŞA Bank” rekord artımın səbəbini açıqladı
2007-ci ildə fəaliyyətə başlamış “PAŞA Bank”ın aktivləri 10 il ərzində 3 milyard 552 milyon manata çatmışdı (2017-ci ilin sonunda). 2018-ci ildə isə Bankın aktivləri rekord məbləğdə - 1 milyard 111 milyon manat artaraq 31 Dekabr 2018-ci il tarixində 4 milyard 695 milyon manat təşkil edib.
“PAŞA Bank”ın 2 törəmə bankı var: “PAŞA Bank Türkiyə” və “PAŞA Bank Gürcüstan”. Ana və törəmə bankların maliyyə göstəricilərini əks etdirən konsolidə edilmiş (birləşdirilmiş) balansa görə, ötən il “PAŞA Bank” qrupunun cəmi aktivləri 1 milyard 251 milyon manat və ya 32% artaraq 31 Dekabr 2018-ci il tarixində 5 milyard 209 milyon manata çatıb. 31 Dekabr 2017-ci il tarixində qrupun cəmi aktivləri 3 milyard 958 milyon manat təşkil etmişdi.
Aktivlərin kəskin artması əsasən müştəri hesablarının artması ilə əlaqədardır. 2017-ci illə müqayisədə 2018-ci ildə müştərilərin hesablarındakı vəsaitlər 1 milyard 64 milyon manat və ya 37% artıb. “PAŞA Bank”ın müştərilərinin dövriyyələrinin 1 ildə kəskin artması diqqəti cəlb edir.
“PAŞA Bank”ın İdarə Heyətinin Sədri Taleh Kazımov “Marja”ya bildirdi ki, müştəri hesablarındakı vəsaitlərin kəskin artması ölkədə aparılan islahatlar, şəffaflaşma, iqtisadiyyatda aktivliyin bərpa olunması və yeni müştərilərin Banka cəlb edilməsi ilə bağlıdır:
“Müştərilərimizin hesablarının artmasının ən əsas səbəbləri ölkədə aparılan islahatlar, gömrük və vergi sistemində aparılan islahatlar və şəffaflaşmadır. Həmçinin iqtisadiyyatda aktivlik də müşahidə olunur. Bankımızda açılan hər 5 hesabdan 2-si yeni biznesdir. Müştərilərimizin sayının artması da müştəri hesablarının artmasına səbəb olur. Dövriyyəsi 8 milyon manatdan yüksək olan korporativ müştərilərimizin sayı 990 müştəridən 1250-yə, dövriyyəsi 8 milyon manatdan aşağı olan kiçik və orta sahibkar müştərilərin sayı isə 2500-dən 3000 yüksəlib”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
“PAŞA Bank”ın böyməsinə baxmayaraq xalis mənfəəti azalıb. 2017-ci illə müqayisədə 2018-ci ildə Bankın xalis mənfəəti 17% azalaraq 74 milyon 53 min manat təşkil edib. Bank 2017-ci ildə 89 milyon 92 min manat xalis mənfəət əldə etmişdi. Mənfəətin azalmasının səbəbi valyuta əməliyyatları üzrə gəlirin 46% azalaraq 37 milyon 914 min manatdan 20 milyon 582 min manata düşməsidir. Valyuta əməliyyatları üzrə gəlirin azalmasının səbəbləri Manatın məzənnəsinin sabitləşməsi və valyuta alqı-satqısında spredlərin aşağı düşməsidir. “PAŞA Bank”ın faiz, haqq və kiomissiya gəlirləri isə artıb. Daha ətraflı aşağıdakı cədvəllərdən tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
24 d. əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 34 d. əvvəl
-
40 d. əvvəl
Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 300 milyon dollar vəsait cəlb edib
-
1 saat əvvəl
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bank Gəncə filialı üçün mebel alır - TENDER
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Unibankın biznes kreditləri portfelində böyük artım
Ən çox oxunanlar
Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq




















