Azərbaycana Hindistan, Türkmənistan və Çindən gələn turistlər daha çox artıb
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min və ya 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 27,3 faizi Rusiya Federasiyası, 26,8 faizi Gürcüstan, 11,1 faizi Türkiyə, 8,0 faizi İran, 3,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Hindistan, 1,4 faizi Pakistan, 1,3 faizi İraq, 16,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 69,5 faizini kişilər, 30,5 faizini isə qadınlar təşkil etmişdir.
Ölkəmizə yanvar-aprel aylarında gələnlərin sayında daha çox artım Misir (2,2 dəfə), Səudiyyə Ərəbistanı (1,9 dəfə), Hindistan (1,8 dəfə), Türkmənistan (1,8 dəfə), Çin (1,6 dəfə), Yaponiya (37,1 faiz), Kanada (31,8 faiz), Pakistan (28,8 faiz), Gürcüstan (22,6 faiz), Polşa (20,8 faiz) və Cənubi Koreya (20,5 faiz) vətəndaşları arasında qeydə alınmışdır.
2019-cu ilin yanvar-aprel aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz artaraq 34,2 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 27,5 faiz azalaraq 142,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,0 faiz azalaraq 282,0 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 61,1 faizi dəmir yolu və avtomobil, 38,1 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.
2019-cu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz artaraq 1 milyon 636,4 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 39,2 faizi İrana, 27,2 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə getmişdir. Gedənlərin 66,6 faizi kişilər, 33,4 faizi isə qadınlar olmuşdur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 79,7 faiz, Gürcüstana gedənlərin sayı 10,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,0 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,2 faiz artmışdır.
Cari ilin yanvar-aprel aylarında xarici ölkələrə getmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,7 faizi dəmir yolu və avtomobil, 15,4 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
7 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















