"İnvest-AZ"ın xalis mənfəəti 2 dəfəyə yaxın artıb - 2018-İN NƏTİCƏLƏRİ
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 2018-ci ili 654 min 347 manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə təxminən 2 dəfə çoxdur. Belə ki, “İnvest-AZ” 2017-ci ili 340 min 812 manat xalis mənfəələ bağlamışdı.
“Marja” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə “İnvest-AZ”ın cəmi gəlirləri 1 milyon 82 min manat və ya 38,8% artaraq 3 milyon 909 min manat təşkil edib. Şirkət 2017-ci ildə 2 milyon 827 min manat cəmi gəlir əldə etmişdi.
Cəmi gəlirlərin komponenetlərinə nəzər saldıqda məlum olur ki, likvidliyin təminatı xidmətləri üzrə komissiya gəlirləri 24% artaraq 3 milyon 406 min manat, broker xidmətlərindən və digər komissiya gəlirləri 7,7 dəfə artaraq 462 min 231 manat təşkil edib. Həmçinin, “İnvest-AZ” 21 min 600 manat dividend gəliri və 19 min 153 manat tədris xidmətlərindən gəlir əldə edib.
Ötən il “İnvest-AZ”ın cəmi xərcləri 3 milyon 62 min manat, əməliyyat mənfəəti 846 min 140 manat təşkil edib. Eyni zamanda, məzənnə fərqindən 2500 manat gəlir daxil olub. Şirkət 848 min 640 manat mənfəətindən 194 min 293 manat mənfəət vergisi ödəyib.
31 Dekabr 2018-ci il tarixinə "İnvest-AZ"ın cəmi aktivləri 11 milyon 503 min manat olub ki, bu da illik müqayisədə 66,95% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 61,7% artaraq 9 milyon 248 min manata, balans kapitalı isə 92,6% artaraq 2 milyon 255 min manata, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 1,6 milyon manata çatıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 27 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)












