“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti 45% azalıb
“Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 55 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən təxminən 45% azdır.
Ötən il “Azərbaycan Mikro-Kredit”in gəlirləri 753 min manat, o cümlədən faiz gəlirləri 681 min manat, qeyri-faiz gəlirləri 72 min manat, xərcləri 693 min manat, o cümlədən faiz xərcləri 86 min manat, qeyri-faiz xərcləri 607 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 14 min manat, mənfəət vergisi ödəmələri isə 20 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Azərbaycan Mikro-Kredit”in aktivləri 2 milyon 962 min manat olub ki, bu da illik müqayisədə 6,15% azdır. Bunun 2 milyon 602 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 10% kiçilib.
Hesabat dövründə “Azərbaycan Mikro-Kredit”in öhdəlikləri 50,2% azalaraq 408 milyon manata düşüb, balans kapitalı isə 9,3% artaraq 2,555 milyon manata, o cümlədən nizamnamə kapitalı 11,8% artaraq 2,5 milyon manata çatıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
57 d. əvvəl
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
-
- 1 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
16 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Tramp: “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Kömək yoldadır”
Ən çox oxunanlar
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub





















