Elektrikli avtomobillərin gələcəyi nə qədər parlaqdır?
Beynəlxalq Enerji Agentliyinin araşdırmasına görə, dünyada 2022-ci ilədək elektrikli avtomobillərin sayı on dəfə artım göstərəcək. Ancaq bunun iqtisadiyyata və neft istehlakında əks olunması okeanda bir damcı qədər olacaq.
"Marja" xəbər verir ki, agentliyin hazırladığı hesabatda 2015-ci ildə 1,3 milyon ədəd olmuş elektrikli vasitə sayının 2022-ci ildə 15 milyona çıxacağı bildirilir.
Bəs vasitə sayındakı artımın neft təklifi və tələbi üzərindəki təsiri də eyni dərəcədə olacaqmı? Beynəlxalq Enerji Agentliyinin bu suala cavabı, "yox". Səbəbi isə elektromobillərin beş il ərzində dünyadakı ümumi avtomobil sayının yalnız 1,1%-ni təşkil edəcəyidir. Modellərin böyük əksəriyyəti hələ də benzinlə işləyəcək. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə neftin hakimiyyəti davam edəcək. Hindistanda adambaşına neft istehlakının 2020-ci ilədək 1,2 barreldən 1,5 barrelə çıxması gözlənilir; Bu da 25%-lik bir artım deməkdir. Bundan başqa, Cənub-Şərqi Asiya, Afrika kimi yerlərdə yük maşını parkının artmasının davam edəcəyini unutmamaq lazımdır.
Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, hər iki batareyalı vasitədən biri hibrid olacaq, yəni eyni zamanda benzin də işlədəcək. Nəticə etibarilə, elektrikli avtomobillərin hamısı gündəlik yanacaq istehlakını 200,000 barel azaldacaq. Bu rəqəm ilk baxışda təəccüblü gələ bilər, ancaq reallıq odur ki, bu, 2022-ci ildə dünyada gündəlik 103, 8 milyon barrel olacaq neft istehlakının yalnız 0,19%-nə bərabər olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 27 d. əvvəl
-
37 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 42 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb





.jpg)











.jpg)










