OPEC-in Körfəzdəki üzvləri hasilatı artırmağa hazırdır
OPEC-in Körfəzdəki üzvləri tələb olduğu təqdirdə hasilatı artırmağa hazırdırlar.
"Marja" xarici mətbuata istinadən xəbər verir ki, OPEC-dəki mənbələrin verdikləri məlumatlara görə, OPEC-in Körfəzdəki üzvləri ABŞ-ın İrana qarşı sanksiyasından azadolmaları sona çatdırmasından sonra ortaya çıxacaq neft təklifi kəsirini ödəmək üçün addım atmağa hazırdırlar.
Körfəz bölgəsindəki OPEC üzvlərinin bazarın sabitliyini təmin etməyə sadiq olduqlarını və istehsalı artırmaq qabiliyyətləri olduğunu qeyd edən mənbələr, ancaq istehsalın artırılması istiqamətində bir qərar qəbul etməsinin tələb olub-olmadığından asılı olacağını vurğulayıblar.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
OPEC-in istehsalı nə qədər sürətli və hansı miqdarda artıracağı bilinmir. Bu, ancaq digər ölkələrlə aparılacaq məsləhətləşmələrdən sonra müəyyənləşdirilə bilər. "Müzakirə etmək və üzərində işləmək lazımdır. Hörmət edilməsi lazım olan bir OPEC qərarı var və istehsal, tələbatdan əmin olmadan artırılmayacaq",- mənbə deyib.
Xəbər verdiyimiz kimi, Ağ Evdən verilən yazılı açıqlamada, "ABŞ Prezidenti Donald Tramp, mayın əvvəlində müddəti başa çatan möhləti uzatmamaq qərarı verdi. Bu qərar, İranın neft ixracını sıfıra endirməyi və rejimin əsas gəlir mənbəyini məhdudlaşdırmağı qarşısına məqsəd qoymuşdur", - ifadələri istifadə edilib.
Digər tərəfdən, ABŞ Xarici İşlər Naziri Mike Pompeo, verilən bu qərarla Tehran üzərindəki iqtisadi təzyiqi daha da artırmağı qarşılarına məqsəd qoyduqlarını bildirərək, müvafiq ölkələrin İrandan neft idxalını bu şəkildə tamamilə dayandıracaqlarını qeyd edib.
Bu qərarla, Noyabrın əvvəlindən 2 Maya qədər (180 günlük) ABŞ-ın İrandan neft idxalına sanksiya nəzərdə tutulan qərarından azad edilmiş Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstanın icazəsi sona çatmış olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























