Bank sektorunda canlanma güclənib - GƏLİRLƏR ARTIB

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabatdan bank sektorunda canlanmanın gücləndiyi görünür.
“Marja” xəbər verir ki, diqqəti cəlb edən bankların müştərilərə verdiyi kreditlərin artmasıdır. 28 Fevral 2019-cu il tarixində bankların müştərilərə verdiyi kreditlər 12 milyard 629.9 milyon manat təşkil edib. Cari ilin Fevral ayı ərzində müştərilərə verilmiş kreditlər 88,9 milyon manat artıb. 31 Dekabr 2019-cu il tarixində cəmi kreditlər 12 milyard 541 milyon manata düşümüşdü.
Ötən ilin 28 Fevral tarixi ilə müqayisədə kreditlər 1 milyard 482,9 milyon manat artıb. Belə ki, 28 Fevral 2018-ci il tarixində müştərilərə verilmiş kreditlər 11 milyard 147 milyon manat, 31 Dekabr 2018-ci il tarixində isə 12 milyard 628.3 milyon manat təşkil etmişdi.
Müştərilərə verilmiş kreditlərin artması bankların faiz gəlirlərinin artmasında özünü göstərib. Belə ki, ötən ilin ilk 2 ayı ərzində bank sektorunun cəmi faiz gəlirləri 287 milyon manat ikən, 2019-cu ilin eyni dövründə 319.3 milyon manat təşkil edib (32,3 milyon manat daha çox). Kreditlər üzrə faiz gəlirləri 189.2 milyon manatdan 226.9 milyon manata yüksəlib.
Bankların qeyri-faiz gəlirlərində də artım müşahidə olunur. Belə ki, 2018-ci ilin yanvar-fevral ayında 70.7 milyon manat olmuş qeyri-faiz gəlirləri, 2019-cu ilin eyni dövründə 28,5 milyon manat daha çox - 99.2 milyon manat təşkil edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Müştərilərə verilən kreditlərin artması bankların vəsaitə olan ehtiyacını artırıb. 2019-cu ilin fevral ayında fiziki şəxslərin əmanətləri 8 milyard 118.5 milyon manat təşkil edib. Fevral ayında əmanətlər 1.7% (137.8 milyon manat) artıb.
| Cədvəl 1. Bank sektorunun icmal balansı (mln. manatla) | ||
Aktivlər | 28.02.2018 | 28.02.2019 | |
1. Nağd vəsaitlər | 1,295.9 | 1,287.2 | |
2. Mərkəzi Bankda müxbir hesablar* | 2,739.9 | 1,895.5 | |
3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar) | 1,781.5 | 2,411.2 | |
4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər | 7,814.4 | 6,410.3 | |
5. Qiymətli kağızlar | 2,471.6 | 4,223.4 | |
6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər | 242.6 | 250.9 | |
6.1 xalis kreditlər | 192.4 | 229.2 | |
7. Müştərilərə verilən kreditlər | 11,147.2 | 12,629.9 | |
7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 1,469.9 | 1,522.8 | |
7.2 Xalis kreditlər | 9,677.3 | 11,107.1 | |
8. Əsas vəsaitlər | 858.2 | 939.5 | |
9. Qeyri-maddi aktivlər | 127.5 | 145.7 | |
10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) | 1,540.1 | 1,301.7 | |
11. Cəmi aktivlər | 28,498.8 | 29,950.8 | |
|
| ||
Öhdəliklər | 28.02.2018 | 28.02.2019 | |
1. Depozitlər (maliyyə institutları istisna olmaqla) | 17,140.3 | 19,118.0 | |
1.1 Fiziki şəxslərin depoziti | 7,737.2 | 8,118.5 | |
1.1.1 müddətli | 5,262.8 | 5,330.0 | |
1.1.2 tələbli | 2,474.4 | 2,788.5 | |
1.2 Hüquqi şəxslərin depoziti** | 9,403.1 | 10,999.5 | |
1.2.1 müddətli | 1,827.8 | 1,727.5 | |
1.2.2 tələbli***, o cümlədən | 7,575.3 | 9,272.0 | |
- sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri | - | 95.6 | |
2. Mərkəzi Bankın banklara qarşı tələbləri | 497.5 | 347.7 | |
3. Loro hesablar | 190.7 | 180.2 | |
4. Maliyyə institutlarının depozitləri | 1,428.2 | 1,105.0 | |
5. Bankların kreditləri | 217.2 | 83.9 | |
6. Digər maliyyə institutlarının kreditləri | 1,885.8 | 1,962.7 | |
7. Banklar tərəfindən buraxılmış qiymətli kağızlar | 1,852.3 | 1,775.6 | |
8. Digər passivlər**** | 1,401.6 | 1,134.9 | |
9. Cəmi öhdəliklər | 24,613.6 | 25,708.0 | |
|
| ||
KAPİTAL | 28.02.2018 | 28.02.2019 | |
10. Xüsusi kapital | 3,635.6 | 3,960.8 | |
11. Ümumi ehtiyatlar | 249.6 | 282.0 | |
12. Cəmi kapital | 3,885.2 | 4,242.8 | |
13. Cəmi öhdəliklər və kapital | 28,498.8 | 29,950.8 | |
Qeyd: Prudensial hesabatlılıq metodologiyası əsasında hazırlanmışdır. Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri hüquqi şəxslərin depozitlərində əks olunmuşdur
* Mərkəzi Bankdan cəlb olunmuş kreditlər üzrə girov qismində iştirak edən bloklaşdırılmış xarici valyutada vəsaitlər daxil olmaqla
** Mərkəzi idarəetmə və bələdiyyə idarəetmə orqanlarının depozitləri daxil olmadan, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla
*** Qeyri-bank maliyyə institutlarının cari hesabları daxil olmaqla
**** Fiziki şəxslərin subordinasiya xarakterli depozitləri nəzərə alınmaqla
Cədvəl 2. Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)
(mln. manatla)
Mənfəət və zərər maddələri | 28.02.2018 | 28.02.2019 |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri | 287.0 | 319.3 |
1.1 Kreditlər üzrə faizlər | 189.2 | 226.9 |
- çıx hesablanmış faizlər üzrə yaradılmış məqsədli ehtiyatlar |
| 44.3 |
2. Faiz və onlara bağlı xərclər | 101.1 | 96.3 |
2.1 depozitlər üzrə faizlər | 63.7 | 61.4 |
3. Xalis faiz gəliri (zərəri) | 185.9 | 178.7 |
4. Qeyri-faiz gəlirləri | 70.7 | 99.2 |
5. Qeyri-faiz xərcləri | 142.9 | 164.2 |
6. Əməliyyat mənfəəti (zərəri) | 113.7 | 113.7 |
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) | (30.8) | 55.4 |
8. Digər gəlirlər (xərclər) | 1.0 | 2.1 |
9. Vergilər ödənilənədək mənfəət (zərər) | 145.5 | 60.4 |
10. Mənfəətdən vergilər | 4.2 | 11.2 |
11. Xalis mənfəət (zərər) | 141.3 | 49.2 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
-
6 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
7 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
