Yarpağını 10 avroya, yağını isə 80 avroya satırlar
Türkiyədə 2018-ci ildə 14 min ton dəfnə yarpağı ixracından 40 milyon dollar gəlir əldə edilib.
"Marja" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Muğla Kənd Təsərrüfatı və Meşə İdarəsinin müdiri Şakir Fırat Erkal bildirib.
"Dəfnə Türkiyənin ən əhəmiyyətli ixrac məhsuludur. Dəfinə meşələrinin qorunması çox əhəmiyyətlidir. Türkiyədə 2018-ci ildə 14 min ton dəfnə yarpağı ixracından 40 milyon dollar gəlir əldə edilib. Bunun min tonu Muğladan edilib.Türkiyə dəfnə ixracında lider ölkədir. Hədəfimiz önümüzdəki beş ildə bu rəqəmi ən azı üçqat artırmaqdır",- Şakir Fırat Erkal deyib.
Dəfnə yarpağı və yağı ixrac edən Muxtar Bal, dəfinənin Türkiyənin ən dəyərli ixracat məhsullarından biri olduğunu qeyd edib. Almaniya və Fransaya məhsul ixrac etdiyini bildirən Bal deyib:
"Dəfinənin yetişdirilməsindən sonra emalı da çox əhəmiyyətlidir. Dəfnə bizə gələndən sonra müəssisələrimizdə qurutma sobalarında quruduruq. Qurutduqdan sonra ölçülərinə görə ayırırıq. Müştəri bizdən tələb edərkən belə istəyir. Dəfinənin heç bir şeyi heç vaxt zay olmur. Odunları da istifadə edilir. Sıfır tullantılı bir məhsuldur. Biz bu məhsulu emal edib qablaşdırdıqdan sonra (qutulu hala gətirdikdən sonra) 10 avroya satırıq. Burada keyfiyyət meyarları çox əhəmiyyətlidir. Bu məhsul çox əlavə dəyər yaradır. İxrac etməklə ölkəyə valyuta qazandırırıq".
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Bal, "Dəfnə yağının kiloqramı hazırda 80 avro ətrafındadır. Biz Fransa və Belçikadakı böyük kosmetika firmalarına dəfnə yağı da satırıq" deyib.
Dəfnə hər zaman yaşıl bir ağacdır. Yazda və qışda yarpağını tökmür. Aromatik bir bitki olan dəfnənin qoxusu xoşdur. Dəfnə yarpağı yeməklərə ləzzət vermək məqsədiylə istifadə edildiyi kimi, tibbi təsirləri də var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 52 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























