"Banklar ucuz vəsaitlərə çıxış əldə edəcəklər, kredit faizlərini aşağı sala bilərlər"
“Banklar kompensasiya üzrə 670 milyon manat, restrukturizasiya üzrə 682 milyon manat vəsaitə çıxış əldə edəcəklər”.
Fiziki şəxslərin problemli kreditlərinin həlli bankların kredit faizlərini aşağı salmaları üçün əlverişli şərait yaradacaqdır.
“Marja”nın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal bildirib.
O qeyd edib ki, ilkin qiymətləndirməyə görə, kompensasiyanın məbləği 670 milyon manat təşkil edəcəkdir: “Bu vəsait ilk növbədə fiziki şəxslərin xarici valyutadakı kreditlərinin manatla artmış hissəsinin ödənilməsinə yönəldiləcəkdir. Bu da o deməkdir ki, banklar əvvəllər gecikdirilmiş kreditlərə görə yaratdıqları ehtiyatları istifadə edə biləcəklər. Digər tərəfdən, restrukturizasiya tədbirləri üçün banklara 682 milyon vəsait ayrılıb. Bu vəsait banklara 5 il müddətinə, 0,1% kredit şərti ilə ayrılıb. Kompensasiya üzrə 670 milyon manat, restrukturizasiya üzrə 682 milyon manat vəsaitin ayrılması ilə banklar ucuz vəsaitlərə çıxış əldə edəcəklər və kredit faizlərinin aşağı düşməsi üçün əlverişli şərait yaranacaqdır. Banklar bu imkanı qiymətləndirməlidirlər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
46 d. əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
3 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
4 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
Ən çox oxunanlar
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu





















