Türkiyədə 23 market haqqında cinayət işi açılıb
Türkiyənin Rəqabət Qurumu (Rekabet Kurulu) 23 marketin satış qiymətlərini müəyyən edərkən rəqabətə zidd davranışlar içərisində olub-olmadıqlarının müəyyən edilməsi məqsədilə istintaq başladığını bildirib
Türkiyənin Rəqabət Qurumu 23 marketə su və meyvə-tərəvəz qiymətləri ilə bağlı cinayət işi açıb.
"Marja" xəbər verir ki, Qurum məsələyə dair açıqlama yayıb. Açıqlamada deyilir;
Rəqabət Qurumunun 07.02.2019 tarixli toplantısında, pərakəndə ərzaq ticarəti ilə məşğul olan şəbəkə marketlərin su və meyvə-tərəvəzin pərakəndə satış qiymətlərini müəyyən edərkən rəqabətə zidd davranışlar içərisində olub olmadıqlarının müəyyən edilməsi məqsədilə;
Yeni Mağazacılık A.Ş. (A101)
BİM Birleşik Mağazalar A.Ş.
Şok Marketler Ticaret A.Ş.
Migros Ticaret A.Ş.
Hakmar Gıda Tur. Hayv. İnş. San. Tic. Ltd. Şti.
UCZ Mağazacılık Ticaret A.Ş.
Carrefoursa Carrefour Sabancı Ticaret Merkezi A.Ş
Makro Market A.Ş.
Adese Alisveris Merkezleri Ticaret A.Ş.
Özen Alışveriş Hizmetleri A.Ş.
Yunus Market İşletmeleri Ticaret A.Ş.
Yeni Çağdaş İhtiyaç ve Gıda Maddeleri İnş. Tic. Ltd. Şti.
Mopaş Marketcilik Gıda Sanayi ve Ticaret A.Ş.
Ersan Alışveriş Hizmetleri ve Gıda San. Tic. A.Ş.
Altunbilekler Ticaret ve Sanayi A.Ş.
Soykan Tük. Mal. Paz. San. Tic. A.Ş.
Başgimpa Başdurak Gıda İht. Mad. Tic. ve San. Ltd. Şti.
Gimsa İnşaat Sanayi Ticaret Turizm İthalat İhracat Ltd. Şti.
Çağrı Gıda Temizlik Maddeleri İnşaat Sanayi ve Ticaret A.Ş.
Bildirici Gıda Sanayi ve Ticaret Ltd. Şti.
Turgut Seyhan ve Kardeşleri Gıda San. Tic. Ltd. Şti.
Şafak Gıda ve Dayanıklı Tüketim Maddeleri Ticaret Sanayi A.Ş.
Metro Grosmarket Bakırköy Alışveriş Hizmetleri Tic. Ltd. Şti.
haqqında 4054 saylı Qanunun 4-cü və 6-cı maddələrinin pozulub-pozulmadığna dair istintaqın başlanmasına qərar verib".
Türkiyə Pərakəndə Satıcılar Federasiyasının sədri Mustafa Altunbilek, "23 marketə qarşı cinayət işi açılmasına dair istintaq niyə başlayıb, çaşqınıq. Marketlər birlikdə hərəkət edib heç bir zaman qiymət müəyyən edə bilməzlər. Nəticəsinə baxıb görəcəyik" deyib.
Qeyd edək ki, son vaxtlar Tükiyədə marketlərdə su və meyvə-tərəvəz qiymətləri kəskin yüksəlib. Dövlət əhalinin artan qiymətlərdən əziyyət çəkməməsi üçün yarmarkalar təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
20 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
32 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
42 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 45 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dövlət bankının kredit portfelində azalma
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq






















