"Artımlarlar ilə dövlət büdcəsinə yenidən baxmağa ehtiyac yoxdur"
Azərbaycanda bu ilin əvvəlindən əhalinin sosial müdafiəsi məqsədi ilə görülən tədbirlərin - minimum əmək haqqı və pensiyanın, təqaüd və müavinətlərin artırılmasının maliyyə tutumu 882 milyon manatdır.
Bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu vəsait dövlət büdcəsində formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək və bu səbəbdən büdcəyə yenidən baxmağa ehtiyac yoxdur.
"Bəzən deyirlər ki, kimlərsə hökuməti artımlara getməyə vadar edib. Boş söhbətlərdir. Bu işlər əvvəlcədən planlaşdırılmışdı. Söhbət sadəcə həmin vəsaitdən nə zaman istifadə edilməsindən gedə bilər. Dövlət başçısının qərarına uyğun olaraq istənilən vaxt həmin vəsait hesabına maliyyələşdirməyə başlaya bilərik və martın 1-dən bu oldu", - deyə nazir qeyd edib.
"Bu il icmal büdcəsində 1,2 mlrd. dollar profisit gözləyirik"
Samir Şərifov deyib: "2018-ci ilin yekununda Azərbaycanın icmal büdcəsinin profisiti 2,7 milyard dollar təşkil edib və həmin vəsait Dövlət Neft Fonduna yönəldilib. Neftin büdcə qiymətinin əvvəlki illə müqayisədə 5 dollar çox - 60 dollar götürüldüyü 2019-cu ilin yekununda isə bu rəqəmin 1,2 milyard dollar olacağını gözləyirik.
"Dövlətin imkanları artdıqca, əhalinin sosial müdafiəsi gücləndirilib. 2018-ci ildə 550 milyon manatlıq sosial paket həyata keçirilib. 2019-ci ilin əvvəlindən təxminən 900 milyon manatlıq sosial paket reallaşdırılır. Bundan başqa, fiziki şəxslərin problemli kreditləri həll edilir. Bu da sosial dəstəkdir. Gələn ildən isə icbari tibbi sığortanın genişləndirilməsi nəzərdə tutulur. Bunun üçün də maliyyə bazası olmalıdır. Yəni, imkanlar artdıqda, bir tərəfdən dövlətin maliyyə gücü artırılır, digər tərəfdən isə əhalinin güzaranı yaxşılaşdırılır", - deyə o, qeyd edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)







