Dollar kreditlərinə nə qədər güzəşt tətbiq ediləcək?
Tanınmış iqtisadçı Vüqar Bayramov problemli kreditlərinin həlli ilə bağlı Prezidentin bu gün imzaladığı Fərmanını şərh edib.
"Marja" xəbər verir ki, iqtisadçı Facebook səhifəsində yazıb.
Nəhayət xarici valyutada olan kreditlərə güzəşt tətbiq olundu. Azərbaycan Prezidenti tərəfindən problemli kreditlərinin həlli ilə bağlı fərman imzalandı. Fərmanda nələr nəzərdə tutulur və kimlər güzəştdən istifadə edə biləcək?
Qeyd edək ki, devalvasiya nəticəsində yaranan fərqə güzəştin verilməsi formulası İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təklif etdiyi mexanizmdir.
Əvvəlla, güzəştdən fiziki şəxs olan vətəndaşlarımız faydalanacaqlar. Bu zaman birinci devalvasiyadək olan dövr və birinci və ikinci devalvasiya arasındakı müddət əsas götürüləcək. 2012-ci il yanvarın 1-dək 2015-ci il dekbarın 21-dək, yəni birinci devalvasiyadək olan dövr üçün hər 1 dollar 0.25 qəpik güzəşt hesablanacaq. Bu o deməkdir ki, birinci devalvasiyadək 10 min dollar kredit götürmüş vətəndaşın manatla krediti 7800 manat idisə devalvasiyadan sonra bu rəqəm 10500 manatadək yüksəldi. Fərmanla birinci devalvasiyadək 10 min dollar kredit götürən vətəndaş əsas məbləğə 2500 manat güzət əldə edə bilər.
Bununla da onun əsas borcu 10500 manatdan 8000 manatadək azaldılır. Birinci devalvasiya və ikinci devalvasiya arası götürülən kreditlər üçünsə hər dollara 60 qəpik güzəşt tətbiq olunacaq. Bu 10 min dollara 6 min manat güzəşt deməkdir.
Fərmanla fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi tövsiyyə olunur. Bu faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılması anlamına gəlir.
Sənədə əsasən, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər veriləcək. Bu o deməkdir ki, vətəndaşlar banklardan illik 1 faizlə manatla kredit götürməklə digər öhdliklərini ödəyə biləcəklər.
Hər bir vətəndaşa ödəniləcək güzəştin maksimum məbləği 5 min dollar olacaq. Bu isə o deməkdir ki, 10 min dollar kredit götürən şəxs onun yarısı qədər maksimum məbləğ olmaqla güzəşt əldə edə biləcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
23 d. əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
-
29 d. əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
44 d. əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
53 d. əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Ən çox oxunanlar
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı





















